“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Diskussiya

Yerli reklam çarxlarına olan münasibət necədir ?03 Aprel, 2015

Advertising.az  saytı olaraq ,bu gündən etibarən ölkəmizdə fəaliyyət göstərən şirkətlərin, Bakıda  keçiriləcək Avropa İdman Oyunlarına həsr olunmuş tanıtım xarakterli reklam çarxlarının müzakirəsinə başlayırıq.Bu zərurət hazırda ölkəmizdə çəkilən bir çox sosial və ticari məqsədli reklam çarxlarının məzmun və mahiyyət etibarilə aşağı səviyyədə olmasından irəli gəlir. Ümidvarıq ki açdığımız mövzu və olunacaq müzakirələr az da olsa  bu sahədə olan çatışmamazlıqları aradan qaldırmağa yardım edəcək.

İlk olaraq "Procter And Gamble Azərbaycan" şirkətinin reklam çarxını həm peşakar reklamçıların həm də reklam sektorunda çalışan insanların müzakirəsinə çıxarmaq qərarına gəldik. Mövzu ilə bağlı Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti Əliheydər Qasımovun fikirlərini öyrənməyə çalışdıq.

Ə. Qasımov

“Mövcud reklam çarxı daha çox sosial xarakter daşıyır. Eyni zamanda bu Azərbaycanda keçirilən Avropa İdman Oyunlarının tanıtım reklamıdır. Dünyada öz məhsulunu  daha təsirli reklam etmək üçün belə metodlardan istifadə edirlər. Mən hesab edirəm ki, həm ssenari baxımından həm də icra baxımından "Procter And Gamble Azərbaycan" şirkəti bu reklamda istədiyi hədəfə çataraq, məhsullarının Avropa oyunları keçirilən ölkədə aşağıdan yuxarıya bütün təbəqələrə yaxın olduğunu vurğulamışdır.”

*********************************************************************************************************************

Əziz oxucular ! Sizin də bu barədə fikir və iradlarınız varsa facebook/advertising.az səhifəmizdə müzakirəyə qoşula bilərsiniz. Sizin fikirləriniz bizim üçün dəyərlidir.

Baxışların sayı: 430