Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Diskussiya

Fədakarlıq yoxsa anti-reklam ?18 İyun, 2015

Yaxa.org saytında dərc olunan bir araşdırmanın nəticəsində belə məlum olub ki, ölkədə satılan əksər  dondurmalarda bağırsaq çöpü yaradan bakteriyalar mövcuddur. Araşdırmaya görə dünyanın əksər ölkələrində dondurmaların üzərindəki yararlılıq müddəti 90 gün qoyulursa ölkədə satışa çıxarılan dondurmaların üzərində 1 illik yararlılıq müddəti qoyulması da şübhə doğuran məqamlardan biridir. Yay aylarında xüsusən uşaqların vazkeçilməzi olan dondurmaların keyfiyyətsizliyi barədə ortaya çıxan nəticələr həyacan təbili çalmaqla yanaşı bu məhsulları istehsal edən şirkətlər üçün də başqa sözlə desək bir anti-reklam kampaniyasıdır. Çünki  bir çox hallarda aparılan araşdırmaların nə dərəcədə  obyektiv olması  da sual doğuran əsas məqamlardan biridir. Advertising.az  saytı olaraq ümid edirik ki bu aparılan araşdırmalar hansısa rəqib şirkətlərin digər bir şirkəti “vurmaq” üçün apardıqları  anti-reklam kampaniyasının deyil, məhz insanlarımızın sağlamlığının qorunması və onların maariflənməsi yolunda  görülən işlərdəndir.

Baxışların sayı: 369