Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Diskussiya

Bir loqonu yaddaşa həkk edən cəhət nədir ?27 Oktyabr, 2015

Ətrafımızın brendlərlə əhatə olduğu bir dünyada, sıradan bir insanın hər hansı bir markanın yalnız logosuna baxaraq tanıması çox aydın və təbii bir hadisədir. Digər tərəfdən bu il UCLA  tələbələri tərəfindən "Apple" loqosu istifadə edilərək aparılan araşdırmanın ortaya qoyduğu nəticələrə görə sıravi insanlar, çox yaxşı tanıdıqları və davamlı təmasda olduqları markaların logolarını bütün detallarıyla yadda saxlaya bilmirlər.

UCLA araşdırmasının bu unutqanlığın əsas səbəbini, bütün detalları nəzərdə tutmanın çox da əhəmiyyətli olmadığını öyrənən beynin, yaddaşı təsirli şəkildə istifadə edə bilməsi üçün çoxluqları atdığı mülahizəsini əsas gətirir.

Məsələni müzakirəyə çıxarmağa və insan beyninin logolarla qurduqu vizual əlaqəyə bir şərhi də gətirməyə qərar verən Adweek, Times Square-ə çıxaraq insanlardan dünyanın ən məşhur markalarının logolarını rəsmləndirməyi istədi.Nəticələr heç də təəccüblü olmadı.Videoçarxı izləsəniz siz də bir daha sadəliyin uğur qazandığının və daha asan yadda qalmasının  şahidi olacaqsınız.

 

Mənbə:mediacatonline.com

 

Baxışların sayı: 325