Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Reklam haqqında qanun

Azərbaycanda xarici reklamların yayımı qadağan edilir - (Rəsmi xronika)06 Aprel, 2017

Azərbaycanda kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsində qeyd olunub ki, buna görə yayımçı məsuliyyət daşıyacaq.
Layihəyə əsasən, kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Kabel şəbəkəsi yayımçısı dövlət maraqlarının qorunması məqsədilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırır.

Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.

Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyır.

Yayımçı belə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

15:49

Milli Məclisinin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, layihə barədə komitə sədri Rafael Hüseynov məlumat verib.

Müzakirə zamanı Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R.Hüseynov qeyd edib ki, bu sahədə sui-istifadə halları var: 

“Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb”.

R.Hüseynov bildirib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir: 

“Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb”.
 
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda plenar iclasa tövsiyə olunub.

12:59

Azərbaycanda kabel şəbəkəsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq.

Layihədə Azərbaycanda kabel şəbəkəsinin yayımı ilə bağlı yeni müddəalar əksini tapıb. 

 

Mənbə:oxu.az

Baxışların sayı: 177