Reklam sehrbazlıq deyil.Orda bir elm var - Dan Zarrella
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

ART & DESIGN

NASA-dan 2.25 milyon dollar büdcəsi olan dizayn yarışması19 May, 2015

İnsanların gələcəkdə Dünya xaricində məskunlaşmasının lazım olduğunu düşünən və bu mövzuya dair araşdırmalar aparan NASA, dizaynerləri də bu işə cəlb edərək böyük bir yarışmaya start verdi.

  Başqa planetlərdə qurulan və orada yaşayan insan koloniyaları elmin ən böyük fantaziyasıdır.Bunun üçün Mars və digər planetlərdə daha əvvəl heç etmədiyimiz yaşayış sahələri tikmək lazımdır.

  Məhz bu mövzuda bir çox ideya  sahiblərini ruhlandırmaq üçün NASA və America Makes 2.25 milyon dollarlıq bir yarış təşkil etməyə qərar verib.

Yarışmada dizaynerlərdən tələb olunan iş,  3D ölçülü strukturlardan ibarət formada  kosmosda inşa edilə biləcək həyat sahəsidir.

 Bu cür tikintilərin qurulmasının qarşısındaki ən böyük maneə inşaat materiallarının kosmosa göndərilməsi üçün sərf olunacaq maddi vəsaitdi.Elm adamları ,mühəndis və sahibkarlar da bu mövzuda ən asan çıxış yolunu axtarırlar.

  Düşündürən növbəti məsələ isə planetimizin xaricində kifayət qədər su və oksigeni necə tapacağımızdır.Amma ilk öncə yaşayış sahələrinin tikilişini  daha münasib büdcəyə uyğunlaşdırmaq lazımdır.

  NASA tərəfindən təşkil olunan yarış barədə informasiya bu şəkildədir :

  “Bu yarış dövrümüzün ön plana çıxan sistemlərindən , 3 ölçülü printerlərin xüsusiyyətlərindən maksimum dərəcədə gəlir əldə etməyimizi təmin edəcək. Seçiləcək uğurlu 30 layihə 50 min dollar məbləğində mükafatlandırılacaq və böyük finala vəsiqə qazanacaq.

  Yarışın 2-ci mərhələsi isə 2 fərqli səviyyəyə ayrılacaq. Birinci səviyyə yerli və yenidən emal edilə bilən  komponentləərdən əmələ gələn materialların alınması üçün istehsal texnologiyalarına əsaslanacaq.İkinci səviyyə isə yerli və yenidən emal edilə bilən  materialların istifadəsi ilə yaranmış yaşayış sahələri dizaynlara əsaslanacaq.”

   Bu yarış NASA-nın  uzun müddətli  yaşana bilən planetlər tapması üçün  attığı  addımları daha da irəlilətməsinə təkan verə bilər.

Baxışların sayı: 527