Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

ART & DESIGN

Yer planetinin vahid bayrağı hazırlandı02 İyun, 2015

Müəllifin fikrincə yer kürəsinin beynəlmiləl bayrağı, planetlərarası ekspedisiyalarda bəşəriyyəti təmsil edəcək.

Başqa planet və qalaktikaları öz müstəmləkəsi etmək insan oğlunun çoxdankı arzusudur. Amma  bu qədər texnoloji inkişafa baxmayaraq hələ də bu arzu fantastik bir xəyal olaraq qalır.

İsveçli dizayner Oskar Pernfeldin fikrincə isə o gün elə də uzaqda deyil.Yer kürəsindən başqa qalaktikalara səyahətlər mümkün olduqda o zaman yer kürəsini təmsil etmək üçün vahid planetin bayrağı olmalıdır. Odur ki bu ideyadan ilhamlanan Oskar yer kürəsinin vahid bayrağının dizaynını hazırlayıb.

Yer kürəsinin emblem tünd göy rəngin mərkəzində yerləşdirilmiş çiçəkdən ibarətdir. Burada göy rəng planetin əsas həyat mənbəyi olan suyu və okeanları simvolizə edir.

Gül isə özü yeddi kəsişən həlqədən ibarətdir ki buda işığı təcəssüm etdirir. Burdakı həlqələrin kəsişməsi dünyada hər şeyin bir biri ilə bağlı olmasına və bütün insanların dünyanın harasında yaşamasından asılı olmayaraq  vahid evimizin və bir birimizin qayğısına qalmasına bir çağırış kimi qəbul edir.

Mənbə:adme.ru

Baxışların sayı: 607