Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

ART & DESIGN

Bütün dünyada sahiblərini şöhrətləndirən kreativ vizit kartları.02 Aprel, 2016

Vizit kartının vacibliyi haqqında danışmaq “günəşin işıq saçdığını” demək kimi bir şeydir. Hamı bilir ki, vizit kartı nəinki vacib informasiya daşıyıcısıdır, o həm də kart sahibinin imicinə də təsir göstərir.
Lakin şəxsi vizit kartının timsalında siz öz dizaynerlik ideyalarınızı reallaşdıra bilərsiniz. Lakin hər halda tərzli və səliqəli kart hazırlayan professionala müraciət etmək daha yaxşı olardı. Professional olmayan şəxs sərbəst şəkildə adi qrafik redaktorda vizit kartını hazırlayarkən çox kobud səhvlərə yol verə bilər ki, bu da vizit kartının lazım olan təəssüratı yaratmamasına səbəb olacaq.

Advertising.az saytı olaraq sizə dünyada öz kreativliyi və eyni zamanda ehtiyyac olanda işə yararlılığı ilə seçilən 10 ədəd vizit kartı təqdim edirik.

 

Tibb mərkəzi

Ürəyin fəaliyyətini yoxlayan bu vizit kartı kim istəməz ki ?

 

Oyuncaq istehsal edən şirkətin vizit kartı

Bu vizit kartdan istifadə etməklə oyuncaq təyyarə modeli hazırlanır.

 

Stilist

Vizit kartda ilk baxışda görünməyən və xanımların gündəlik istifadə etdikləri saç sancaqları var. 

 

Kulinariya bloqu

Mətbəxdə bu vizit kartdan müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür.

 

Fotoqraf

Tamamilə boş görünən bu kartı işığa tutan kimi fotoqrafın əlaqə nömrələri görünür.

 

Gözəllik salonu

Darağa bənzər bu kartı əlinizdə sıxarkən ritmik bir musiqi səslənir.

 

Rəssam

Yüngül bir hərəkətlə rəssam molbertinə çevrilən vizit kartı.

 

3D-Dizayner

Daxilində 3D eynək olan 3D vizit kartı.

 

Korrektor

Uzun pozanı olan və üzərində əlaqə nömrəsi yazılmış qələm.

 

Landşaft Dizayneri

Tərkibində bitki toxumu olan paket suya qoyulduqdan bir neçə gün sonra.

Mənbə: banker.az , adme.ru

Baxışların sayı: 325