Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Foto

Moda Sektorunun ən qeyri adi 14 Modeli13 Fevral, 2017

Melanie Gaydos

İyirmi yeddi yaşındakı model Melanie Gaydos, dişlərin çıxmasını, qığırdaqların və dırnaqların böyüməsinə maneə törədən “ektodermal displazi” adında nadir görülən anadangəlmə genetik bir xəstəliyə sahibdir.
Gaydos bu xəstəliyini üstünlüyə çevirərək moda sənayesindəki  ən qeyri adi  modellərdən biri olaraq göstərilir.

 

Winnie Harlow

21 yaşındakı Kanadalı top model Winnie Harlow, vitiligo xəstəliyi yaşayan məşhur simalardan biridir.

4 yaşındaykən dərisinin rəng dəyişdirməsinə görə yarı zənci, yarı ağ bir dəri rəngi olan Harlow, America `s Next Top Model yarışmasında kəşf olunub. Diesel və Desigual kimi brendlərin reklam siması olmaqla bərabər, bir çox qadın jurnalının da üz  qapağını bəzəyib.

 

Tess Holliday

ABŞlı Tess Holliday, böyük bədən manekenlər arasında diqqət çəkən simalardan biridir.

Hər fürsətdə özüylə barışıq halında olduğunu ifadə edən Holliday, modellik həyatına fasilə vermədən  davam edir.

 

Andreja Pejic

Serb və Xorvat əsilli Avstraliyalı maneken, androgen fiziki xüsusiyyətləri ilə tanınır. Onu başqalarından fərqləndirən  xüsusiyyəti isə transgender bir qadın olmasıdır.

 

Casey Legler

Legler Fransız   üzgüçü və eyni zamanda bir super model. Onu fərqli edən  xüsusiyyəti isə kişiyə xas görünüşü səbəbiylə, kişi model olaraq müqavilə imzalayan ilk qadın olmasıdır.

 

Cierra Skye

Cierra, geniş alnı, sipsivri sifəti, makiyajla birlikdə son dərəcə qeyri adi  bir üz  ifadəsinə sahib modeldir.

 

 

Erika Ervin

Ervin modellik edən transeksual qadınların ən məşhurlarındandır. 2 metr 3 santimetr boyunda olan Ervin, bir çox tanınmış  maqazin jurnalı üçün üz qapağı olub.

Erika,  "American Horror Story" adlı məşhur Amerika serialında da rol almışdır.

 

 

Khoudia Diop

Seneqallı Khoudia Diop Afrikanın ən məşhur manekeni ünvanına sahibdir. Khoudia Diop'un bir digər ləqəbi da Melanin Kraliçası. Dərisinin həddindən artıq tünd rəngi onu manekenlər arasında ən maraqlı modellərdən biri edir.

 

 

Laura O'Grady

Fərqlilikdən olduqca uzaq olan O'Grady vərdiş etmədiyimiz üz xəttləriylə diqqət çəkən modellərdən biridir.

 

 

Madeline Stuart

Gözəllik standartlarını yenidən  yaradan Stuart, Daun sindromlu ilk modeldir.
Modelliyi  cəmiyyətdə fərqlilik  yaradacağı bir platforma olaraq istifadə etmək istəyən gözəl model, stereotipləri bir bir yıxmağı düşünür.

 

 

Molly BAIR

Qulaq, ağız və çənə quruluşuyla olduqca diqqət çəkir. ABŞ-lı model, modellik sektorunda yeni cığır açacağını düşünür.

 

 

Rick Genest

Kanadalı sənətçi və maneken olan Genest  ''Zombie Boy''  ləqəbi ilə də tanınır.
Genest, bədəninin əksəriyyətini əhatə edən skelet döymələr ilə olduqca qeyri-adi görünüş sərgiləyən modellərdən biridir.

 

 

Shaun Ross

Shaun Ross dünyanın ilk albinos modelidir.
Eyni zamanda rəqqas da olan Shaun, bir çox məşhur müğənnilərin kliplərində yer almışdır. ( "E.T." - Katy Perry, "Party" -Beyonce Knowles)

 

 

Lindsey WIXOM

Lindsey , maraqlı dodaq quruluşu, diskret dişləriylə moda dünyasında tayı bərabəri olmayan  manekenlərdən biridir.

 

Mənbə:mahmure.hurriyet.com.tr

Baxışların sayı: 364