Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Foto

Reklamlarda fotoqrafların ən çox istifadə etdiyi hiylələr03 May, 2017

Hech bir məhsul reklamda görünən kimi ideal deyil. Qida məhsullarını daha gözəl və ləzzətli göstərmək üçün isə fotoqraflarla yanaşı stilistlər də xeyli əziyyət çəkir. Sizə qida məhsulu reklamlarında fotoqraf və stilistlərin ən sıx istifadə etdiyi hiylələri təqdim edirik.

 

 

Meyvələrə parıltı vermək üçün üstünə dezodorant sıxılır.

 

Bilindiyi kimi meyvələr reklamlarda parlaq görsənməlidir. Və bunun üçün heç də xüsusi vasitələrə ehtiyac yoxdur. Sadəcə sprey dezodorant kifayyətdir, dezodorant çiyələk, alma, üzüm və s. kimi meyvələrə parlaqlıq verir.

 

Çoxları dezodorant yerinə saç lakından da istifadə edir.

 

 

 

Kökələrə şərbət əvəzinə motor yağı tökülür

 

Şərbət kökəyə tez hopur deyə motor yağı istifadə olunur ki, fotoqraf lazımi kadrları çəkə bilsin. Bir üsul da kökələrin üzərinə ayaqqabı və parça üçün sukeçirtməz sprey vurmaqdır. Bele sprey kökənin üzərində qoruyucu qat yaradır və artıq şərət istifadə etmək mümkün olur.

 

 

 

Burger kotletləri ayaqqabı kremi ilə rənglədilir

 

Reklamlarda burger kotletləri demək olar ki çiy olur. Kotletlər iri və şirəli qalsın deyə yalnız bir neçə saniyə qızardılır. Rəng daha həqiqətə uyğun olsun deyə kotlet ayaqqabı kremi ilə rənglənir.

 

 

 

Dəniz məhsulları qliserin ilə örtülür

Fotoqrafları dəniz məhsullarının tez köhnəlməsi heç qane etmir. Dəniz məhsulları daha uzun müddət təzə görsənsin deyə üzəri su və qliserin qarışımı ilə örtülür.

 

 

 

Tort qatlarının arası karton ilə doldurulur

Tort biskviti daha yaxşı həcmini tutsun və kremin təsirindən boşalamsın deyə arasınakarton qoyulur. Bu üsul sendviç və burgerlərdə də istifadə olunur.

 

 

 

İçkilər köpüklü olsun deyə duru sabun istifadə olunur

 

Süd, qəhvə, pivə kimi içkilərin reklamı çəkilən zaman duru sabun istifadə olunur. Duru sabun dəvamlı köpük qatı yaradaraq içkini daha ləzzətli göstərir.

 

 

 

Dondurma kartof püresi ilə əvəz edilir

 

Işıqlandırma cihazları ucbatından çəkimlər zamanı dondurma formasını itirir və əriyir. Belə hallar olmasın deyə dondurma rənglədilmiş kartof puresi və ya nişasta pastası ilə əvəz edilir.

 

 

 

Buz dənəcikləri plastikdən hazırlanır

Dondurma kimi işıqlandırma cihazlarına görə buz da tez əriyir. Dondurulmuş plastik dənəciklər buzu əvəz etmək üçün uyğun variantdır.

 

 

 

Mənbə:facemark.az

Baxışların sayı: 186