“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Video

Əzmli bir Dəvəquşunun hekayəsindən bəhs edən "Gear VR" reklamı04 Aprel, 2017

Samsung mobil virtual cihazı Gear VR üçün maraqlı bir reklamla qarşımıza çıxdı. Təxminən iki dəqiqəlik reklamda uçmağa çalışan bir dəvəquşunun hekayəsi gözlər önünə sərilir. Dəvəquşları düz sinə sümükləri və ağır bədənlərini qaldıramayacaq qədər kiçik olan qanadları səbəbiylə uça bilmirlər.

 

Reklam filmində isə bir dəvəquşu, səhvən Samsung Gear VR virtual reallıq cihazını taxır və təsadüfə baxın ki, o sırada da virtual reallıq cihazında uçuş simulator videosu olur.

 

Görüntüləri görən və qısa zamanda bir qarışıqlıq yaşayan dəvəquşu uçduğunu zənn edir. Bir çox uğursuz uçma cəhdindən sonra, dəvəquşu Samsung Gear VR-dan xilas olur. Daha sonra isə uçma xəyalından imtina etməyən dəvəquşu bu məqsədinə çatır.

 

Reklamın arxa planında hekayəyə çox uyğun olaraq Elton Johnun Rocket Man mahnısı səslənir. Reklamın sonunda isə çox gözəl bir mesaj verilir: "Biz tapılmayanı edirik. Beləcə siz də tapılmayan şeyləri edə bilərsiniz. "

 

Samsungun xüsusi və olduqca yaxşı hazırlanmış olan bu reklam filmini aşağıda izləyə bilərsiniz.

 

 

Mənbə:facemark.az

 

Baxışların sayı: 172