Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Video

Taylor Swift YouTube-u alt üst etdi (VİDEO)05 Sentyabr, 2017

Məşhur pop ulduzu Taylor Swift yeni mahnısı Look What You Made Me Do adlı musiqi video-su ilə YouTube tarixinə adını qızıl hərflərlə yazdırdı. Şirkət məlumatlarına görə, klip YouTube tarixinin ən yaxşı çıxış nəticəsini əldə etdi.

Look What You Made Me Do, ilk 24 saatlıq müddətdə YouTube platformasında tam 43.2 milyon baxış sayına çataraq əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi. Taylor Swiftin son mahnısının dəqiqədə 30 min, saat da isə ortalama 3 milyon baxış aldığını da qeyd olaraq düşək. Sənətçinin 10 noyabr tarixində çıxacaq altıncı studiya albomu Reputation-dan çıxan bu ilk single-ın indidən böyük bir müvəffəqiyyət əldə etdiyini söyləmək mümkündür.

Zirvədə daha əvvəl Cənubi Koreyalı rap musiqi sənətçisi PSY, 36 milyon baxış sayına çatan Gentleman adlı klipi idi. Artıq zirvənin yeni sahibi Taylor Swift - Look What You Made Me Do klipi oldu.

Mənbə:technote.az

Baxışların sayı: 60