Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Video

“Mersedes-Benz” yeni “G-Class” avtomobili üçün qeyri-adi reklam çarxı çəkdi - Video13 Yanvar, 2018

“Mersedes-Benz” yaxın zamanlarda yeni “G-Class” markalı avtomobilini auditoriyaya təqdim edəcək.

Yeni model yanvarın 13-dən 28-dək Amerikanın Detroit şəhərində keçirilən avtomobil sərgisində (NAIAS) sərgi iştirakçılarına göstəriləcək.

“Mersedes” yeni reklam çarxı üçün “G-Class” markalı avtomobilini sintetik kəhrəba kubun içində saxlayıb. Çarxı Antoni reklam agentliyi ərsəyə gətirib.

İçində “Mersedes”in yeni modelinin olduğu kəhrəba kubun çəkisi 44 ton, uzunluğu 5,50 metr, hündürlük 3,10 metr, genişliyi isə 2,55 metrdir.

“Mersedes”in ilk G seriyası 1979-cu ildə bazara təqdim edilmiş, bir neçə il içərisində isə marka bazardakı nüfuzunu artırmağı bacarmışdı.

Şirkət reklam aksiyası ilə göstərmək istəyir ki, marka özündə ilk seriyanın əsas özəlliklərini uğurla qoruyub saxlaya bilib.

Qeyd edək ki, bu il 30-cu Detroit avtomobil sərgisində “Mersedes-Benz”in yeni modeli ilə yanaşı, 20-dən çox avtomobil modelini müştərilərinə təqdim edəcək.

Xatırladaq ki, sərgi yanvarın 13-dən 28-dək davam etsə də, yeni model çarxda da qeyd olunduğu kimi yalnız yanvarın 15-də sərgi iştirakçılarına göstəriləcək.

Mənbə:facemark.az

 
Baxışların sayı: 82