“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Video

“Diesel” qeyri-adi görünüşə sahib olan insanları reklama çəkdi.25 Yanvar, 2018

İtaliyanın geyim brendi “Diesel” yeni reklam çarxını təqdim edib.

Reklam filmi “Diesel”in saytında, “Facebook” sosial platformasında, “YouTube” və başqa platformalarda yerləşdirilib.

İlk baxışda yaraşıqlı cavan oğlan özünü uzun qulaqlarına görə bəyənmir. Artıq o, bu çirkin görünüş ilə birgə yaşamaq istəmir, plastik cərahiyyə əməliyyatından sonra, füsunkar bir qızla tanış olur. Ancaq şirin hekayənin sonu gözlənilməz nəticələr verir.

Kampaniyanın yeni reklam filmini “Publicis Italia” reklam agentliyi ilə birgə ərsəyə gətirib. Reklam filmi “Keep the World Flawed” (Dünyanın qüsurlarını qəbul et!) sloqanı altında çəkilib. Gəncləri şəxsi unikallıqlarını qiymətləndirməyə çağırır.

Reklam filmi yanvarın 22-də “YouTube” platformasında yerləşdirilib. Çarx qısa zaman kəsiyində çoxlu layk, koment, baxış sayı yığmağı bacarıb

Qeyd edək ki, hələ sentyabrın əvvəllərində də, şirkət bu mövzuya müraciət etmiş, gəncləri “Go The Flaw” Qüsurlarınızla irəli getməyə çağırmışdı.

Mənbə:facemark.az

Baxışların sayı: 92