Reklam sehrbazlıq deyil.Orda bir elm var - Dan Zarrella
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

Selfie çəkərkən muzeydə olan əsərlərə 200.000 dollar zərər verən adam (VİDEO)17 İyul, 2017

Dünyada selfie çılğınlığı başladığından bu yana həm gülməli, həm də çox təəssüf ki bədbəxt hadisələrin yaşandığını görürük. Selfie çəkərkən həyatını itirən və ya yaralanan insanlar bir yana, bir də olduğu ətraf mühitə zərər verən insanlar var.

Hətta bu problemin ciddiyətini anlayan bir çox məşhur muzeylər selfie çubuğunu və selfie çəkməyi muzeydə qadağan edib. Lakin hər yerdə bu qadağa olmadığından maraqlı hadisələr yaşanmağa davam edir.

Los Angeles da bir sərgidə "The 14th Factory" binasında yaşanan qəza, bir çox əsərin zərər görməsinə səbəb olub.

Aşağıdakı təhlükəsizlik kamerasıyla çəkilmiş videodan da göründüyü kimi bir qadın, əsərlə birlikdə selfie çəkmək üçün yerə doğru əyilir. Ancaq tarazlığını yaxşı nizamlamadığı üçün platformaya dəyir və  əsərlər eyni domino daşları kimi yerə düşməyə başlayır.

Mövzu ilə əlaqədar danışan sərginin sənətçilərindən Gloria Yu, üç əsərin təmir edilə bilməyəcək şəkildə olduğunu, digər əsərlərdə isə bəzi zərərlərin meydana gəldiyini söyləyərək toplamda  200 min dollarlıq bir zərərin olduğunu ifadə edib.

Mənbə:technote.az

Baxışların sayı: 107