Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

Windows 10-da Eye Control adlı yeni funksiya ilə insanlar, kompüteri gözlə idarə edəcəklər (VİDEO)03 Avqust, 2017

“Microsoft” şirkəti, Windows 10 üçün Eye Control funksiyasından danışdı.

Sözügedən funksiya sayəsində fiziki qüsurlu insanlar, kompüteri göz vasitəsilə idarə edə biləcəklər. Sözügedən texnologiya, insan gözünün hərəkətlətinə reaksiya verir. Virtual klaviaturada çap etmək üçün hansısa şəxs, lazımi sözün birinci hərfində öz nəzərini qısa müddət ərzində saxlamalı olacaq. Daha sonra isə o, növbəti simvollara öz nəzərini tez bir şəkildə yönəldərək virtual klaviaturada çap edə biləcək. Bu funksiyadan istifadə etmək üçün “Tobii” şirkətinin istehsalı olan Eye Tracker kamerası lazım olacaq. Eye Control texnologiyasının necə çalışdığını görmək üçün aşağıda təqdim olunmuş videonu izləyə bilərsiniz.

Mənbə:technote.az

Baxışların sayı: 124