Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

Bill Gates, 4.6 milyard dollar xeyriyyəçiliyə vəsait yatırdı.16 Avqust, 2017

“Microsoft” şirkətinin təsisçisi Bill Gates, 4.6 milyard dollar dəyərində, şirkətin 64 milyon səhmini xeyriyyəçilik məqsədilə bağışlayıb.

Məlumata əsasən xeyriyyəçilik məqsədli bu ödəniş, 6 İyun tarixində baş verib. Lakin vəsaitin qəbul olunduğu obyekt haqqında heç bir məlumat yoxdur. Qeyd etmək lazımdır ki, bundan öncə Gates öz mirasının böyük bir hissəsini Bill & Melinda Gates Foundation fonduna bağışlamışdır. 4.6 milyard dollarlıq xeyriyyəçilik yardımı son 17 il ərzində Gates tərəfindən verilmiş ən böyük məbləğdir. Belə ki, 1998-ci ildə o, 5.1 milyard dollar, 1999-cu ildə isə 16 milyard dollar vəsaiti xeyriyyəçiliyə vermişdir. Qeyd etmək lazımdır ki, hətta bu cür vəsaitin ianə kimi verilməsindən sonra belə, Gates dünyanın ən varlı şəxsi (86.1 milyard dollar sərvət) sırasında birinci yeri tutur. İkinci yeri isə 84.3 milyard dollarlıq sərvəti ilə “Amazon” şirkətinin təsisçisi Jeff Bezos tutur.

 

Mənbə:technote.az

Baxışların sayı: 110