Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

FBI rəhbərliyindən xəbərdarlıq: Kameraları Bağlayın!19 Sentyabr, 2017

Xüsusilə Mark Zukerberqin bu fotonu paylaşmasından sonra dünyada cihazların kameralarından izlənildiyimiz, bizə bir daha xatırladıldı. Böyük söz-söhbətlər yaradan belə hallara qarşı FBI, CIA kimi orqanlardan da reaksialar gəlmişdi. Əslində "Snowden" filminə baxanlar, nə haqqında danışdığımızı yaxşı bilirlər.

Komputerinizdə yerləşdirilən kameralar vasitəsilə siz izlənilirsiniz?

Çox insan bunun mümkünsüzlüyünü düşünsə də, xüsusən Mark Zukerberq kimi bir adamın da komputerinin kamerasını bağlaması, bir daha bu mövzu ətrafında bizi, düşünməyə vadar edir. Bu hadisədən sonra məsələyə daha bir reaksiya FBI-ın vəzifəli şəxslərindən biri olan James Comey-dən gəldi. Açıqlamalarının birində Comey, öz şəxsi komputerində daxili web kamera istifadə etmədiyini bildirib. Bu açıqlaması ilə qınaq obyekti olan Comey, çıxış etdiyi bir konfrans sırasında aşağıdakı fikirləri səsləndirib:

"Açıqlamamla bağlı qınaq dolu mesajlar aldım və mən də öz növbəmdə həmin adamları qınayıram. İnsanlar maşınlarını, evlərini hətta kofe qurğularını belə internetə bağlayıblar. İnternetin inkişafı artıq bütün cihazlarda öz əksini tapır. Mən özüm də bunları edirəm. Lakin bunlara qarşı təhlükəsizlik tədbirləri almaq mütləqdir. Hətta, FBI ofisi daxilində belə bunları edirlər. Deyəsən, 2008-ci ildə 1.8 milyon yahoo istifadəçisinin kameralarından çəkilən rəsmlərin dövlətin serverlərinə ötürülməsini unutmusuz"

 

Kameraları bağlamaqla siz bu problemə kiçik həll tapa bilərsiniz. Sadəcə bir band yapışdırmaq kifayət edir. Lakin günümüzdə olan ən təhlükəli kameralar internetə bağlı olan IP təhlükəsizlik kameralarıdır. Demək olar ki, bu kameralar hər an xakerlərin müdaxiləsinə məruz qala bilər.

Biz kameralarımızı bağlayırıqmı?

Bəli bağlayırıq. Açığı bizim məlumatlar heç kəsə lazım olmaz deyə düşünsəz də, bağlamağınızda fayda var. Bəlkə nə zamansa lazım oldunuz :)

 

Mənbə:technote.az

Baxışların sayı: 42