Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

"Facebook" ilə bağlı yeni iddia: Şirkət istifadəçiləri dinləyir04 Noyabr, 2017

Bir müddət əvvəl istifadəçi sayı 2,07 milyard nəfəri ötən dünyanın ən böyük sosial platforması olan "Facebook"un elektronik cihazlar vasitəsilə şirkətlərin ideyalarını oğurlaması iddia olunmuşdu.
Yeni iddialara görə isə sosial platforma telefon və kompüterlərin mikrofonları vasitəsilə bizi dinləyir.
Belə fikirlərin yaranmasına səbəb isə istifadəçinin internetdə axtarış etməməsinə rəğmən, müzakirə etdikləri məslələr barəsində "Facebook"da qarşılarına reklamın çıxması olub. 
Digər şübhə yaradan məqam isə "Facebook"un rəhbəri Mark Zukerberqin şəxsi kompüter və telefonun mikrafonunu bağlaması olub.
Şirkətin məhsul və reklamlar ilə əlaqədar məsul şəxsi isə deyib ki, "Facebook"da reklam məhsullarını mən paylaşıram. Reklamlar üçün telefon mikrafonlarından heç vaxt istifadə etməmişik. Bu doğru deyil".
"Facebook"un digər rəhbər şəxslərindən də bənzər açıqlamalar gəlib.

Deyilənə görə, mikrafona çıxış icazəsi verilmədikdə, ondan istifadə etmək də mümkünsüz olur. Eyni zamanda, mikrafondan mütəmadi istifadə etmədikdə, o aktiv olmur.

"Facebook"un onları dinlədiklərini deyən bəzi şəxslər isə tətbiqi telefonlarından sildiklərini deyiblər.

 

Mənbə:facemark.az

Baxışların sayı: 93