Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

Google Play-də porno reklamı göstərən və virusa sahib 60-a yaxın oyun aşkar edilib.16 Yanvar, 2018

“Check Point” şirkətinin yeni hesabatına əsasən 60-a yaxın oyun tətbiqi porno saytları reklam edən zərərli viruslara sahibdir.
Viruslu tətbiqlər 3-7 milyon dəfə yüklənmişdir. Mütəxəssislərin sözlərinə əsasən həmin oyun tətbiqlərindən bir çoxları isə uşaqlar üçün nəzərdə tutulub. “Check Point” şirkətinin AdultSwine adlandırdığı virus istifadəçilərin cihazlarına 3 üsulla hücum edib. Porno saytların reklamları həmin üsullardan yalnız biridir. Həmçinin zərərli proqram təminatı təhlükəsizliyin təmin olunması üçün saxta tətbiqlərin quraşdırılmasını da təklif edirdi.

 

Əslində isə həmin tətbiqlər zərərlidir və istifadəçiləri ödənişli platinum servislərə abunə edir. Şirkət bu cür viruslara sahib olan oyun tətbiqi siyahısını öz blogunda təqdim edib. Onlardan ən məşhurları isə bunlardırFive Nights Survival Craft, Mcqueen Car Racing Game, Addon Pixelmon CoolCraft PE və Exploration Pro WorldCraft. “Google” şirkətinin təmsilçiləri bildiriblər ki, onlar artıq bu zərərli tətbiqləri Play Market-dən siliblər və onları quraşdırmış bütün istifadəçilərə xəbərdarlıq bildirişi göndəriblər.

Mənbə:technote.az

Baxışların sayı: 133