Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

TEXNO-XƏBƏR

Birləşmiş Ərəb Əmirlikləri kosmosda xəstəxana tikəcək05 Fevral, 2018

Dubayda keçirilən “Arab Health 2018” sərgisində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) astronavtlar üçün kosmosda xəstəxana tikilməsi üzrə planını açıqladı.
    Bu sensasiyalı layihəni ölkənin səhiyyə nazirliyi elan edib. “Arab Health 2018” Yaxın Şərqdə tibb sahəsindəki nailiyyətlər üzrə keçirilən ən böyük 4 günlük sərgidir. Heç təəccüblü deyil ki, kosmosda xəstəxana yaradılması layihəsi məhz bu tədbirdə elan edilib. Layihəyə əsasən astronavtların müalicəsində əsas rolu nanotexnologiyalar oynayacaq. Müalicənin idarəolunması isə Yer kürəsində olacaq həkimlər tərəfindən reallaşdırılacaq.

    Layihənin müəllifləri etiraf ediblər ki, bu layihənin reallaşdırılması uzaq gələcəyin işidir və o təqribi olaraq 2117-ci ildə reallaşdırılacaq. Lakin layihə müəllifləri artıq indidən bu cür texnologiyanların yaradılması barəsində məlumatı öz əməkdaşlarına xəbər veriblər. Kosmik xəstəxananın reallaşdırılması üçün vacib olan innovasiyaların inkişafı “Milli kosmik proqram”, “Süni zəka” və “Dördüncü sənaye inqilabı” kimi təşəbbüsləri çərçivəsində baş verəcək. Bu layihə üçün ilk addım isə 2020-ci ildə BƏƏ-nin Mars missiyası olacaq. Bundan əlavə olaraq səhiyyə nazirliyi xərçəng, diabet, depressiya və ürək-damar kimi xroniki xəstəliklərin müalicəsi üzrə təşəbbüsləri də elan edib.

 

Mənbə:technote.az

Baxışların sayı: 1135