Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7002 AZN
1 EUR = 2.0070 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Ceyhun İmanov: Tədqiq et - İnsaydı tap.06 İyul, 2015

Belə bir fikir var ki, kreativ reklam ümumiyyətlə mövcud deyil, reklam öz - özlüyündə elə

kreativdir. Siz bu fikirlə razısınızmı?

- Gəlin baxaq görək kreativ nədir. Kreativ heç nə yox, sadəcə ideyadır. Reklam konsepsiyası

deyilən anlayış var və bu konsepsiya özündə insaydı yəni ideyanı birləşdirir. Bəs reklam

kommunikasiyası necə qurulur? Birincisi, bu insanların tədqiq edilməsidir, öyrənilməsidir. Bəli, biz insanları

çox dinləyirik. İkincisi, onların “drayver”lərinin yəni daxili hərəkət xəttinin necə olduğunu aydınlaşdırmağa çalışırıq. Daha doğrusu, insanları bu və ya digər məhsulu almağa nə həvəsləndirir?

Üçüncüsü, insaydı (daxili obraz) tapdıqda, bizdə ideya, reklam ideyası yaranır. Daha sonra,

biz bu reklam ideyasını bütün kommunikasiyalar üzrə paylaşdırırıq, yəni bilbord, TV, rəqəmsal daşıyıcılarda  və s.

Ən sonuncu mərhələ isə bu ideyanın həyata keçirilməsi və bir də bütün reklam kampaniyasının

təsirliyinin ölçülməsidir. Əməkdaşlıq etdiyimiz banklardan birinin timsalında mən bunu sizə izah edim.

  Sifarişçi, onların bankında əmanətçilərin sayının artırılması ilə bağlı bizə müraciət etmişdi.

İlk addım insanların fikrinin öyrənilməsi oldu. Biz ekspertlə və bir qrup şəxslə ünsiyyət

qurduqdan sonra məlum oldu ki, insanlar heç də faizlərə görə deyil, sadəcə pullarını yığmaq

üçün depozit qoyurlar. Lakin, o vaxtlar, elə indinin özündə belə,  bütün banklar faizlərdən

danışırdı: “Bizdə 12% - dir, gəlin”, “Bizdə daha artıqdır, gəlin”. Ancaq, məsələnin kökünü

araşdırdıqda, görürük ki, faiz həlledici faktor deyil.

- Fikrinizcə, əsas pul yığmaqdır?

- Həmin illərdə, yəni 4 il bundan əvvəl, əsas insanların yığmaq arzusunda olmaları idi.

Əlbəttə, indi manatın məzənnəsi ilə bağlı vəziyyət dəyişib. O dövrdə bizim əsas ideyamız,

məhz bu bank vasitəsilə pul toplamağın daha asan və rahat olduğunu insanlara aşılamaq

idi. Reklamda təsvir olunan fil diqqəti çox cəlb etdiyindən, reklamın təsiri güclü oldu. Nəticədə,

bankın depozitlərinin sayı xeyli artdı.

  Deməli, bu da bir konsepsiyadır. Biz tədqiqatla başladıq, insanları tədqiq etdik, sonra isə

insaydı (daxili obraz)  müəyyənləşdirdik.

Elə ki, insayd (daxili obraz)  tapıldı, artıq ideya yaranır. Daha doğrusu, hər bir ideyanın əsasında insayd dayanır. Biz, ideyanı tapdıqdan sonra, onu nəyin vasitəsilə və necə həyata keçirməmiz haqqında düşünürük: reklam çarxının ssenarisi, stiker, buklet, və s. Sonda isə, reklam kampaniyasının təsirliliyini ölçürük. Şəxsən mənim üçün kreativ olan ideadır,reklam isə reklam kommunikasiyasıdır.

  Daha geniş...

 - Reklam kommunikasiyası bütöv bir prosesdir. Çoxları “mənim reklamımı kreativ edin”, dedikdə, Onlar, ilk növbədə, mənə nəsə fərqli, orijinal reklam verin deyirlər, düşünmürlər ki, bu fərqli bir dəfə nümayiş edildikdən sonra, daha fərqli olmayacaq.

Sizin fikrinizcə, Nar Mobaylın rebrendinqi nə ilə əlaqədardır?

- Bu nə üçün lazım idi? Çünki, kommunikasiyalar müxtəlifliyində, vahid qrafik

üslub yox idi, daha doğrusu hər bir reklam tamamilə fərqli üslubda hazırlanmışdı. Onları

birləşdirən yeganə nəsə vardısa, o da, Nar Mobaylın sonda verilmiş loqotipi idi. Əgər 2 - 3 il

əvvələ nəzər salsaq, görərik ki, Nar Mobaylın reklamları  bir - birindən xeyli dərəcədə fərqlənir və vahid kodda birləşə bilmirdilər.

- Rusiya təcrübəsindən bəhrələnmək olarmı? Məsələn, orada qara - sarı zolaqlar gördükdə, söhbətin məhz “Bilayn”dan getdiyi anlaşılır.

- Bu firma üslubu və ya genetik kod adlanır. “Bilayn”da bu zolaqlardır. “Bilayn” loqotipindən

deyil, zolaqlarından tanınır. Müəyyən vaxtdan sonra, Nar Mobayl da bəzi atributları ilə,

məsələn, yaşıllıq, nar və s. tanına bilər. Lakin, qeyd edək ki, təkcə loqotip deyil, digər

komponentlər də - xətt, yaşıllıq, bağın konsepsiyası, daxilən təmiz, “nurlu” insanlar ümumilikdə nar anlayışının atributlarıdır.

Fikrinizcə onlar düz yol seçmişlər?

- Tamamilə doğrudur və prinsip etibari ilə bu rebrendinqin böyük gələcəyi var. Fikrimcə,

bütün iri şirkətlər bu istiqamətdə irəliləməlidirlər. Kiçiklər isə bunsuz da keçinə bilərlər.

- Yerli reklam şirkətlərinin, dizaynerlərin işlərinin keyfiyyəti barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, keyfiyyət getdikcə yaxşılaşır, daha doğrusu, 10 -15 il müddətində

rəqabətə duruş gətirən şirkətlər kifayət qədər yaxşı nəticələr əldə edirlər ki, bu da bazarın

göstəricisidir. Bizim bazarın miqyası $200 000 reklam çarxı çəkilməsinə imkan vermir və

bunun üçün heç infrastruktur da yoxdur.

- Yəni, bazar çox məhduddur?

- Kiçik, həm də natamamdır. Bir müddət sonra biz özümüz də anladıq ki, bazarda 10

müştəri varsa və onlardan 5-i bizimlə əməkdaşlıq edirsə, belə vəziyyətdə hansı inkişafdan

danışmaq olar. Ümumilikdə isə, çox az şirkət tapılar ki, yaxşı agentliyin  xidmətinə ehtiyac duysun.

- Belə demək mümkünsə, müştərilər bu sahəyə maliyyə yatırımı etməyin mənasız iş

olduğunu düşünür və hesab edirlər ki, az məsrəflərlə bütün auditoriyanı əhatə etmək olar?

- Həqiqətən belədir. Qeyd edim ki, brendinqin bütövlüyü anlayışı  ümumiyyətlə yoxdur,

 5 - 10 ildən sonra brendin vəziyyətinin necə olacağı heç kimi maraqlandırmır. Əgər,

qarşıdakı bir neçə il təhlil edilmirsə və kampaniya 2 - 3 ay müddətinə aparılmırsa, onda,

həmin reklamın ümumiyyətlə əhəmiyyəti olmur.

- Qazaxstandakı işinizlə əlaqədar, ümumiyyətlə xarici bazarlar haqqında nə deyə bilərsiniz?

- Bu hələlik inkişaf etməkdə olan prosesdir. Biz həmin bazara yeni daxil oluruq. Şirkətimizin

daxilində, belə demək mümkünsə, 2 şirkət mövcuddur: veb istiqamət və kreativ istiqamət. Onlar

birlikdə “JİS” brendi altında fəaliyyət göstərsələr də, daxilən fərqlidirlər. Bax, bu veb istiqamət ilə

Qazaxstan bazarına daxil olmaq niyyətimiz var. Onu da qeyd edim ki, bizim bank saytlarının

hazırlanması üzrə yüksək ixtisaslı mütəxəssislərimiz var. Ölkəmizdə fəaliyyət göstərən top banklara məxsus saytların 

80%-i şirkətimiz tərəfindən hazırlanmışdır. Onlardan hər hansı birinə daxil olsanız loqotipimizi görə bilərsiniz. Daim yeni

bazarlara daxil olmaq üçün yollar axtarırıq. 

- İşə qəbul zamanı hansı kriteriyaları əsas götürürsünüz?

- Biz hər zaman istedadlı insanları axtarırıq. Başlıca şərt ondan ibarətdir ki, həmin şəxs

dahi olmalıdır. Əgər dahi deyilsə, onun şirkətimizə işə qəbulu mümkün deyil, çünki, biz

əməkdaşlarımızın hamısını dahi hesab edirik.

- Seçimi özünüz edirsiniz?

- Çoxları özü gəlir. Biz təsadüfi hallarda kimisə dəvət edirik. Nə üçün? Çünki insanlar

agentliyimizin bir hissəsi olmaq istəyirlər. Çox nadir hallarda vakansiyalar elan etsək də,

yenə də axın böyükdür.  Bundan əlavə, insanlar şirkətimizdən ayrılmırlar, onlar daxilən

inkişaf edirlər. Məqsədimiz dünyada ən yaxşı şirkət və yaxşılardan biri olmaqdır. Bu məram

ofisimizin divarında da yazılıb.

  Müsahibəyə görə sağ olun, sonda saytımız haqqında arzularınızı, fikirlərinizi bilmək

maraqlı olardı.

- Söhbətimiz zamanı konkret məqsədiniz olduğunu duydum. İlk növbədə Sizə səbr diləyirəm,

çünki, nəyisə yaratmaq hələ işin yarısıdır, sonra isə həmin məqsədə doğru çalışmaq lazımdır.

Bəzən bu mümkünsüz olur, insan qüvvəsindən artıq güc, maliyyə xərcləri tələb edir. Lakin,

çətinliklərə baxmayaraq, siz az - az, amma, hər gün çalışırsınız. Bax, bu gücdür, səbrdir.

Bu addımlar kiçik olsalar da, hər zaman irəliyə doğrudur...

Baxışların sayı: 948