Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

2017 Aprel ayı üçün yerli və xarici kanalların izlənmə statistikası23 May, 2017

Şübhəsiz ki, bir çoxlarınız televiziya sahəsində, xüsusən də yerli televiziya kanalları haqqında dəqiq statistikanın olmamasından gileylənirsiniz. Lakin indi əminliklə qeyd etmək olar ki, televiziya da Azərbaycanda dəqiq ölçülən mediaya çevirilməkdədir. Mən bu yazıda Aprel ayının nəticələrinə görə yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarını analiz etməyə çalışacam. Bu araşdırma Sizə nəinki yerli kanallar haqqında zəngin məlumat həm də ümumən Azərbaycanlı izləyicilərin davranışlarını anlamağa yardım edəcək.

İlk olaraq onu qeyd etmək istəyirəm ki, İPTV desək də bu əslində OTT TV xidmətidir. OTT (Over The Top) texnologiyası İPTV-də olduğu kimi, internet provayderə bağlı deyil və istənilən internet şəbəkəsində televiziya kanallarını izləmək imkanı verir. Bu da o deməkdir ki, xidmətdən dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycanlılar istifadə edir. Lakin əlbəttə ki, onların 90% -dən çoxunu Azərbaycandakı abunəçilər təşkil edir.

 


Beləliklə, keçək Aprel ayının nəticələrinə. İPTV xidmətimizdə 200 kanal yayımlanır. Əsas 3 kateqoriya ayırmışam:Azərbaycan kanallarıRusdilli kanallar və Türkdilli kanallar.


Başlayaq doğma kanallarımızda:

 

200 Kanallıq sıralamada yeriKanalın adıAy ərzində izlənmə saatı

2

ATV33258
3Xəzər TV21828
10AZ TV9062
13ARB TV7496
14İdman AZ7448
19Space TV6559
28Lider TV4355
30İctimai TV4287
40Mədəniyyət3174
44CBC2987
48İnter AZ2679
61ARB Günüş1695
85CBC Sport913

Yerli kanallardan ATV digərlərindən nisbətən daha irəlidədir, (33258) saat. Ümumi 200 kanallıq siyahımızda ATV 2-ci, Xəzər TV isə 3-cü yeri tutsa da aralarında təxminən 12000 izlənmə saatı fərq var. Ümumi siyahıda 10-cu, yerli kanalların sırasında isə AZTV-nin 3-cü olması, və Aprel ayı 9062 saat izlənmə göstəricisinə malik olmasının bir-neçə səbəbi var ki, onları nəzərə almalıyıq. AZTV bizm PlayList-də də 1-ci olduğundan, xidmətə hər yeni qoşulan abunəçiyə avtomatik bu telekanal açılır. Çox güman ki, elə bu səbəbdəndir ki, AZTV-ni göstəricisi bizi aldadır. Həm də onu da nəzərə alaq ki, bir çox reytinqli idman yarışları da AZTV-də yayımlanır. Məsələn El-Klassiko adlanan Barselona və Real Madrid oyunlarını əksər hallarda İdman Azərbcaycan deyil AZTV yayımlayır. Futbol üzrə milli komandamızın oyunlarını da həmçinin AZTV yayımlayır. Bunu nəzərə alaraq hesab edirəm ki, AZ TV-nin 10/3-cü yerinə haqqlı olaraq ümumi siyahıda 13, yerli kanallardan isə 4 cü gedərək, 7496 izlənm saat ilə, ARB TV daha layiqlidir. Ardınca isə elə təxminən eyni göstərici ilə, (7448 izlənmə saatı) İdman Azərbcaycan gəlir və ümumi siyahıda 14-cü yeri tutur.

 

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:

 

200 kanallıq sıralamada yeriKanalın adı

Ay ərzində izlənib

(saat)

1Star42524
5TV 821709
6ATV Türk20029
7Show TV17264
16Kanal 76701
20TRT 16351
21TRT Çocuk6308
42TV 8,53075
45Kral Pop2957
54Beyaz TV2388
57Power Türk1982

* Siyahıda FOX Türk və Kanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.


Burada ümumi siyahının lideri, Aprel ayı ən çox izlənilən telekanal - Star TV qərarlaşıb - 42524 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Hələ digər serialları demirəm, məsələn Cəsur və Gözəl və ya yeni vətənpərvər serial - Söz. Acun İlicalının kanalı, TV 8 isə ümumi siyahıda 5-ci, Türk kanalları sırasında isə 2-cidir - elə 2 dəfə daha az saatla, 21709. TV 8 bu nəticəyə görə yəqin ki, Survivor proqramına minnətdar olmalıdır. Ümumiyyətlə TV8 şou kanalıdır. Burada hər zaman maraqlı şoular olur, O səs Türkiyə və Yetenek Sizsiniz də vaxt aşırı bu kanalda yayımlanır. Amma ola bilər ki, digər faktorlar da var. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 6-cı, Türk kanalları sırasında isə 3-cü olan, ATV Türkqərarlaşıb - 20029 saat. Burada da yenə də möhtəşəm türk seriallarının rolu danılmazdır. Məsələn elə həmin Eşkiya Dünyaya hökümdar Olmaz və ya Kırqın çiçəklər. Ardıcıllıqla, ümumi siyahıda 7-ci Türk kanalları sırasında isəə 4-cü, Show TV-dir - 17264 saat. Bu kanalda İçəridə serialı yayımlanır və populyarlıq yığmaqdadır. Digər Türk kanalları isə bu 4-lükdən çox geri qalır. Ən yaxını Kanal 7-dir ki, o da cəmi 6701 saatla ümumi siyahıda 16-cı yerdədir.


Rus kanallarına baxdıqda isə, nəticələr belədir:

 

200 kanallıq sıralamada yer

Kanalın adı

Ay ərzində izlənib

(saat)

4

1-й Канал

22600

8

НТВ

11189

9

Россия 1

10425

11

ТНТ

8187

12

CTC

8122

15

РЕН ТВ

7224

17

Nickelodeon

6691

18

THT 4

6567

22

Nick Jr

6133

23

Кинохит

5834

24

Киносемья

5803

25

Пятница

5105

26

TV 1000

Action

4853

27

Карусель

4636

29

Cartoon Net...

4307

31

Disney Channel

4283

 

Rus kanalları əsas Türk kanallarına nisbətən az baxılırlar. Ən çox baxılan Rus kanalı, 1-й Канал-ın cəmi 22600 saatı var. Bu da ona ümumi siyahıda 4-cü yeri verir. Digər Rus kanallarının izlənmə saatları isə daha azdır. 

Siyahımızın ikinci Rus kanalı, НТВ, 11189 saat baxılıb və ümumi siyahıda 8-cidir. Müqayisə üçün qeyd edək ki, bu Top 4 Türk kanalının hər biri НТВ-dən təxminən iki-üç dəfə çox baxılıb. Ardınca isə siyahıda 3-cü Rus kanalı,Россия 1-dir, 10425 saat. Daha populyar hesab etdiyim, ТНТ və СТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 11 və 12-cidilər. Hər biri təxminən 8000 saat baxılıb. Onu da qeyd edim ki, Aprel ayı Qondarma erməni soyqrımı ilə əlaqədar ТНТ  СТС kanalları bir-neçə günlük bağlanmışdı. Bu da ümumi göstəriciyə öz təsirini göstərib. Əgər fikir verdinizsə, TOP-larda olmasa da hər 3 dil kateqoriyasında orta yerləri bir-neçə uşaq kanalı tutub. Məncə bu məqamı ayrıca araşdırmaq lazımdır.

 

 

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

17

Nickelodeon

6691

21

TRT Çocuk

6308

22

Nick Jr

6133

27

Карусель

4636

29

Cartoon Net...

4307

31

Disney Channel

4283

59

Minika Çocuk

1894

61

ARB Günəş

1695

61

Planet Çocuk

1634

TOP 9 uşaq kanalları sırasında 5 Rus, 3 Türk və 1 Azərbaycan kanalı var. Ən baxımlı uşaq kanalı rusilli Nickelodeon kanalıdır - 6691 saat və ümumi siyahıda 17-ci yer. TRT Çocuk isə demək olar ki, eyni izlənmə saatı toplayaraq - 6308 saat, ikincidir. Demək olar ki, eyni izlənmə saatı toplayan daha bir kanal isə, rus dilində yayımlanan Nick Jr kanalıdır 6133 saat. Müvafiq olaraq 4636 və 4307 saat izlənən rusdilli kanallar: Карусель və Cartoon Network qərarlaşıb. Siyahını isə az-çox eyni izlənmə saatı toplayan 2 türk və 1 Azərbaycan kanalı qapayır.

Maraqlıdır ki, idman kanalları az izlənmə saatı toplayıblar. Ən çox baxılan idman kanalları ümumi siyahıda 35-ci, НТВ + Футбол 1 (3677 saat) və ümumi siyahıda 43-cü Матч ТВ kanalıdır (3041 saat).

Nəticələrə əsasən mən qısa və çox tələsik araşdırma aparmışam. Data öz əlinizdədir və Siz onun daha da dərinliklərinə gedə bilərsiniz.
Kanalların statistikasını hər ay davamlı olaraq paylaşmağa çalışacam, həm də bundan sonra daha tez. Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmiz izləyin.

Yazar:

Sabir Məşədizadə

Mənbə:facemark.az

 

Baxışların sayı: 61