“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Avropada rəqəmsal reklam sərmayələri, 40 milyard avronu keçib07 İyun, 2017

IAB Avropa, Interact Konfransında, 2016-cı ildə Avropada rəqəmsal reklam sərmayələri 12% böyüyərək 41,8 milyard avroya çatdığını və bazardakı ən əhəmiyyətli reklam vasitəsi olma mövqeyini gücləndirdiyini açıqladı.

 

Araşdırmalara görə rəqəmsal reklamlara qoyulan sərmayələr, TV reklam sərmayələrini bu il də geridə buraxdı. Rəqəmsal araşdırmlara qatılan bütün ölkələrdə böyüməyə davam etdi, ümumi 20 bazar son 3 ildir cüt rəqəmli rəqəmlərə böyüdü. Mobil, 2016-cı ildə də həm display həm də search ilə 50%-a çatarkən və bəzi bazarlarda 100% böyüyərək diqqət çəkdi.

 

Mobil display 5,4 Milyard Avroluq həcmli display bazarının 33%-ni əhatə edir. IAB Avropa Rəqəmsal Video Reklam Tutumları Hesabatına görə, imic kampaniyaları üçün çox əhəmiyyətli bir format olan video, sabit artımını davam etdirərək ümumi display bazarından 18,2 faiz pay aldı.

 

IAB Avropa CEOi Townsend Feehand nəticələri bu sözlərlə qiymətləndirdi: "AdEx Benchmark araşdırması dijitalın Avropa iqtisadiyyatındakı əhəmiyyətini dəqiq şəkildə göstərir. Sektor olaraq əvvəlcə bu faydanı qeyd etməli və Avropada innovasiya dəstəkləyərək biznesimizin gücləndirməli və istifadəçilərin tələb etdikləri keyfiyyətdə bir təcrübə təqdim etməliyik. "

 

IAB Avropa AdEx Benchmark Araşdırması digital reklam bazarını üç ana başlıqda araşdırır: Display, paylaşım və Elan Səhifələri. Bu formatlardakı böyümə, inkişaf edən cihaz istifadəsi və istehlak vərdişlərindəki dəyişikliklərlə də dəstəklənir. 2016-cı ildə Display reklam 13% böyüməklə üst-üstə 3 ildir digər kateqoriyalara görə daha yaxşı bir performans göstərərək 16 milyard Avroya çatıb.

 

Axtarış mühərriki reklam sərmayələri 12% böyümə nisbətiylə ili 19,1 milyard Avro ilə tamamladı və beləcə ən böyük online reklam formatı olma xüsusiyyətini davam etdirdi.

 

Rəqəmsal reklam sərmayələri baxımından ən böyük 10 Bazar:

 

•İngiltərə -14,2 milyard €
•Almaniya - 5,9 milyard €
•Fransa - 4,2 milyard €
•Rusiya - 2,6 milyard €
•İtaliya -2,3 milyard €
•Niderland - 1,7 milyard €
•İspaniya - 1,6 milyard €
•İsveç - 1,6 milyard €
•Belçika - 0,9 milyard €
•İsveçrə - 0,9 milyard €

 

Mənbə:facemark.az

Baxışların sayı: 69