Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Təqlid logolara sahib məşhur brendlər08 İyun, 2017

Business Insider; Starbucks, Ford, Airbnb, Sega, CNN, Gucci və Chanel kimi əhəmiyyətli markaların logolarını bənzərləriylə müqayisə olunan bir video yayımladı. Videoda yer alan ən əhəmiyyətli markalardan biri olan Starbucks logosunun originalının Elpreya adlı Cənubi Koreyalı bir qəhvə şirkətinə aid olduğu açıqlanır. Videoda bu şirkətin qəhvələrinə Starpreya adını verdiyi ifadə edilərkən ayrıca Starbucks-ın 2006-ci ildə bu şirkətə qarşı qaldırdığı iddanın təmin olunmayaraq məhkəməni  uduzduğu da qeyd edilir.

Logosunun Nebraska ETV networkun logosuna bənzəməsi səbəbiylə, 1976-ci ildə ABŞ-lı televiziya kanalı NBC-nin də başı bəlaya girmişdi. Nebraska ETV Network, NBC-nin müəllif hüququnu pozduğunu müdafiə etmişdi. NBC, bu problemi həll etmək üçün Nebraska ETV networklara 500.000 dollar dəyərində avadanlıq vermiş və yeni bir logo hazırlamaq üçün 25.000 dollar xərcləmişdi.

 

Medium-un logosunun 1977-ci ildəki Metrocraft logosuna bənzədiyi ifadə edilərkən Airbnb-nin logosunun isə 1975-ci ildəki Azuma Drive-ın və Automation Anywhere logosuna bənzədiyi ifadə edilir. Ayrıca videoda məşhur moda markaları Gucci və Chanel və də NBA komandaları Los Angeles Lakers və Los Angeles Clippers-ın logolarının da bir-birinə bənzədiyini vurğulayır.

 

Mənbə:facemark.az

Baxışların sayı: 78