Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Nə üçün məhşur brendlər fərqli ölkələrdə fərqli adlardan istifadə edir?22 İyun, 2017

Avstraliyada bir fast food restoranına daxil olanda, menyu variantlarında Whooper, Steakhouse Burger vs. görüb də "Amma bura Burger King deyil ki Hungry Jack 's!" desəniz ortada bir səhv olduğunu düşünməyin. Çünki qlobal miqyaslı markaların hər ölkədə eyni adla adlandığını düşünürsünüzsə sizə yanıldığınızı söyləməliyik.

 

Təxmin edə biləcəyiniz kimi Burger King, marka adı ilə bağlı tək nümunə deyil. Elə isə gəlin, gündəlik həyatımızda tez-tez qarşılaşdığımız markaların müxtəlif ölkələrdə aldığı fərqli adlara birlikdə baxaq.

 

Burger King

İlk restoranını 1954-cü ildə, Miamidə açan nəhəng fast food restoranları zənciri sürətlə ad haqqı icarə müddətinə (Françayzinq) girişərək dünyanın dörd bir yanında eyni adla və logoyla şöbələr açdı. Lakin gəlin görün ki marka, Avstraliya bazarında məcburən dayanmaq məcburiyyətində qaldı. Çünki bu ölkədə eyni adla açılmış bir fast food restoranlar zənciri daha vardı. Hal belə ikən bu ölkədə fərqli bir ad seçmək məcburiyyətində idi və seçimi  Hungry Jack s oldu.

 

 

Axe

Unilever-in məşhur kişi ətiri markası Axe da bu karvana qatılanlardan oldu. İlk dəfə 1983-cü ildə, Fransada satışa çıxarılan məhsul, eynilə Burger King nümunəsində olduğu kimi, bəzi ölkələrdə eyni adla, fərqli sahələrdə istehsal edən firmalarla qarşılaşdı. Bunun yanında, markanın adı ingiliscə danışan ölkələrdə Axe (balta) mənasını verdiyindən, sözün ətriyyat sahəsiylə bir maraq qurmasının çətin olduğundan hərəkət edərək yenidən markalama prosesinin məqsədəuyğun olacağını düşündü. Ətirin Birləşmiş Krallıq, İrlandiya, Avstraliya, Yeni Zelandiya və Çin Xalq Respublikasındakı rəflərdə Lynx adıyla iştirak etməsi tam da buna görədir!

 

 

 

Lays

Dalğalı şəkli və incə quruluşuyla bizi cəzb edən Lays kartof cipsinin ilk dəfə 1948-ci ildə Birləşmiş Krallıqda, Walkers adıyla bazara çıxdığını bilirsinizmi?

 

 

Twix

Ləzzətli əkiz çubuqlar olaraq bildiyimiz şokolad barı Twix, əslində ilk dəfə Raider adıyla 1967-ci ildə, Böyük Britaniyada satışa təqdim edildi. Məhsulun 1979-cu ildə Amerikada istehlakçılarla görüşündən sonra adı Twix oldu. Məhsul bir çox Avropa ölkəsində hələ Raider olaraq bilinsə də Türkiyədə Twix markasıyla tanınır.

 

Mənbə:facemark.az

Baxışların sayı: 74