Reklam sehrbazlıq deyil.Orda bir elm var - Dan Zarrella
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Coca-Cola`dan yeni bir eşq hekayəsi31 İyul, 2017

Coca-Cola, Birləşmiş Krallıqdakı istehlakçıları plastik şüşələrin yenidən istehsala qazandırmaları üçün  təşviqat xarakterli reklam kampaniyasına başlayıb.

 Oqilvi and Mater Berlin imzası daşıyan "Məhəbbət Hekayəsi" adlı kampaniyada, biri Fanta digəri Coke Zero Sugar olmaq üzrə daima bir-birindən ayrı düşməyən iki içki şüşəsinin hekayəsindən bəhs olunur. Filmin sonunda isə arxa plandakı səs tərəfindən istehlakçıya Koka-Kola brend məhsullarının boş plastik qutularının geri qaytarılması üçün müraciət edir.

 

Coca-Cola Birləşmiş Krallıq üzrə marketinq direktoru Aedamar Haulet, istifadə etdikləri bütün qablaşdırmaların yenidən hazırlana bilən olduğunu vurğulayaraq, sözügedən kampaniya ilə insanları bu işə sövq etmək məsələsində nə qədər ciddi olduqlarını göstərdiklərini deyir. Hədəf isə məhsulların 100 faiz geri dönüşünün təmin edilməsidir.
 
 1,500 plastik şüşənin istifadə edildiyi, stop-motion multiplikasiya formatında hazırlanan reklam filminin yaradıcısı isə Berlinli sənətçi Lusi Barridir.

Mənbə:mediacatonline.com

Baxışların sayı: 31