Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Bakıda məktəbin qarşısında erotik reklam01 Avqust, 2017

Sentyabr ayında artıq 2 ildir ki, fəaliyyət göstərməyən 20 №-li  litsey tipli məktəb öz qapılarını yenidən şagirdlərin üzünə açacaq. Adı çəkilən təhsil ocağı həmişə öz yüksək səviyyəli tədris metodikası və bacarıqlı müəllim bazası ilə seçilirdi. Bundan əlavə məktəbin Bakının mərkəzində yerləşməsini də nəzərə alan bir çox şəhər sakini öz övladlarını yeni təhsil ilində məhz buraya yazdırmağa çalışırlar.  
Tamamilə sökülən və yenidən bərpa olunan məktəb ən son tələblərə uyğun olaraq təmir olunub və şagirdlərin yüksək səviyyədə təhsil almaqları üçün hər çür şərait yaradılıb. Lakin, şagirdləri yeni tədris ilində gözləyən daha bir “surpriz” var – adı hələlik bilinməyən hansısa agentlik tam binanin qarşısında qadın alt geyimlərinin reklam bannerini yerləşdirib.


Reklam bannerində modellər yetərincə acıq-saçıq olan qadın alt paltarlarını və bikinilərini nümayiş etdirirlər. Reklamçıların bele addım atmaqla hansı məqsədləri güddüklərini söyləmək çətindir. Bildiyimiz kimi hər bir reklam onun potensial alıcı kütləsinin sıx olduğu yerlərdə qurulur. Bu növ reklam ticarət markəzində və ya çimərliklərə yaxın yerlərdə yerləşsə hər-hansı bir sual doğurmazdı. Yetkinlik yaşına çatmamış şagirdlərin yerləşdiyi bir məkanın qarşısında bu növ reklamın yerləşdirilməsi mübahisəyə açıq mövzudur.


Erotik reklam bannerinin şagirdlərə psixikasına verə biləcəyi mənfi təsirdən ehtiyat edən valıdeynlər öz haqlı narahatçılıqlarını bizdə daxil olmaqla bir çox KİV-lərə bildiriblər.
Əlbəttə, azyaşlı uşaqlar bu cür erotiл reklamlarla digər yerlərdə də qarşılaşa bilərlər. lakin, məktəb və onun ətraf ərazisi xüsusi zona sayılır. Burada şagirdlərin prixoloji və fiziki sağlamlıqlarına ziyan vura biləcək hər-hansı bir ünsür olmamalıdır. Məsələn, məktəbin yaxınlığında açıq zonalarda belə tütün məhsullarının - spirtli içkilərin qəbulu və satışı, böyüklər üçün əyləncə məkanları fəaliyyəti, intihara meylli qeyri-etik reklam şəkillərinin olması qadağandır.

Mənbə:haqqin.az

Baxışların sayı: 117