Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Coca-Cola yenə ilkə imza atdı25 Avqust, 2017
'Coca-Cola Nyu-York'un məşhur Times meydanındakı böyük bilbordunun tarixi təxminən 100 ildir. Demək olar ki, simvolik hala gələn Coca-Cola paneli, sonuncu dəfə 2004-cü ildə yenilənmişdir. Uzun bir aradan sonra, Coca-Cola keçən həftə son dərəcə görkəmli panelini təqdim etdi.
Bir çox mövzuda rekord qırmağı və dünyada ilkləri etməyi sevən Coca-Cola, Times Meydanındakı paneli ilə dünyanın ilk 3D robotik LED panelindən istifadə etmiş oldu. Panel, 1715 hərəkətli və 245 statik LED kublarından ibarətdir. Bu da 240 kvadratmetrlik bir sahəni əhatə edir.
Coca-Cola və müxtəlif partnyorlar ilə hazırlanan panel texnologiyası 4 illik Ar-Ge layihəsinin məhsuludur. Yüksək keyfiyyətli LED kublarının hər biri ayrı-ayrılıqda proqramlaşdırıla bilir. Məzmun olaraq isə il ərzində davam edəcək bir təqvim hazırlanıb. Təqvimdə dünyanın hər yerindən olan Coca-Cola reklamları təqdim ediləcək. Nyu-York sakinlərinə və turistlərə edilən reklam, günün saatlarına uyğun olaraq dəyişəcək. Məsələn, günorta saatlarında Coca-Cola və nahar ilə əlaqədar reklamlar ola bilər.
 
 
Mənbə:facemark.az
Baxışların sayı: 50