Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

“Havas Media Azərbaycan” reklam agentliyinin icraçı direktoru Zaur İsmayılovun rəqəmsal marketinq haqqında müsahibəsi08 Sentyabr, 2017

“Havas Media Azərbaycan” reklam agentliyinin icraçı direktoru Zaur İsmayılovun şirkətdə həyata keçirilən yeniliklər və yerli reklam bazarındakı vəziyyət barədə müsahibəsini təqdim edirik.

 

Zaur bəy, ölkəmizdə fəaliyyət göstərən az sayda qlobal agentlik nümayəndəliklərindən biri olaraq “Havas Media Azərbaycan”da nə kimi yeniliklər var?

Artıq bu ilin əvvəlindən başlayaraq “Havas Group” qlobal miqyasda kommunikasiya sənayesinin iki əsas prinsipi olan məlumatlar və proqramlaşdırmanı (Data and Programmatic) hədəfləyən “100% Programmatic” təlim proqramına başlayıb. “100% Programmatic” bizim yerli nümayəndəliyimiz də daxil olmaqla “Havas Group” əməkdaşlarının proqramlaşdırmaya inteqrasiya etmələrinə yol açan daxili sertifikat proqramıdır. “Havas Universiteti” adlanan xüsusi onlayn təlim platforması tərəfindən təqdim edilən bu proqram ustalıq (biliklər vasitəsilə), müstəqillik (praktiki fəaliyyət vasitəsilə) və məqsədə yönəlik açarlar (“Havas”ın daxili analizi vasitəsilə) olmaqla üç xüsusiyyəti təmin edir. “Havas Group”un dünya üzrə əməkdaşlarının 25%-i, yəni 20000 əməkdaşından 5000-i artıq “Birlikdə daha yaxşısına” (To Better Together) strategiyasını gücləndirən və onlar üçün nadir bir baza formalaşdıran bu xüsusi təlim proqramını mənimsəyiblər.

 

Qeyd etdiniz ki, “Havas Media Azərbaycan” əməkdaşları da bu təlim proqramında iştirak edirlər.

Bəli, əməkdaşlarımızın artıq tən yarısı “100% Programmatic” təlimindən uğurla keçmişdir. Digər əməkdaşlarımızın da bu proqrama qoşulmaları istiqamətində hazırlıqlar gedir. Düşünürəm ki, bu proqramın mənimsənilməsi təkcə “Havas Media Azərbaycan” əməkdaşlarının peşəkarlıq dərəcəsinin artırılmasına xidmət etməyəcək, həm də dünya trendlərinin yerli reklam bazarında tətbiq edilməsində irəliləyişlərə yol açacaq. Bundan başqa bu təlim rəqəmsal media, rəqəmsal marketinq kanalları üzrə də təcrübə və peşəkarlığın artırılmasına kömək edir. Son illər yerli bazarda bir sıra rəqəmsal agentliklər fəaliyyətə başlasalar, ümumən nəinki dünya miqyasında, hətta qonşu ölkələrdə tətbiq olunan trendlərdən ya geri qalırıq, ya da bu trendlərə çox gec qoşuluruq. Amma “Havas Media Azərbaycan” “Havas Group”un yerli nümayəndəliyi olaraq “Havas” beynəlxalq şəbəkəsinin sırf rəqəmsal media üzrə nəzərdə tutulan vasitələrindən, sosial media, proqramlaşdırma və s. digital dünyanın fərqli istiqamətləri üzrə ixtisaslaşmış “Artemis Alliance”, “Mobext”, “Socialyse”, “Affiperf” kimi agentliklərinin təcrübələrindən faydalanaraq, onları daha sürətli və effektiv şəkildə yerli bazarda tətbiq etmək imkanına malikik və bu imkanımızdan uğurla istifadə etməyi hədəfləyirik. Bundan başqa biz ötən günlərdə “Digital Marketing Institute”un Azərbaycan üzrə rəsmi partnyoru olan “Code Academy” ilə əməkdaşlıq sazişi imzaladıq. Bu işbirliyimiz də Azərbaycanda digital marketinqin dünya trendləri ilə ayaqlaşmasına hesablanıb

 

Həqiqətən də son illər rəqəmsal marketinqin rolu get-gedə artmaqdadır. Bu dəyişiklik həm reklamverənlər, həm də agentliklər üçün nələr vəd edir?

Sürətlə böyüyən və mürəkkəbləşən sektorda ənənəvi “kreativ” və “media” anlayışlarının artıq fərqli şəkil aldığını düşünürük və müştərilərə daha yaxşı şəkildə xidmət göstərə bilmək üçün bu anlayışlara günün tələblərinə uyğun yanaşma təqdim etmək olduqca vacib şərtdir. Ənənəvi reklam kanallarının qarşıya qoyulan məqsədlərə çatmaq üçün kifayət etmədiyi və bu prosesin daha da dərinləşəcəyi səbəbindən məqsədimiz müştərilərə kompleks yanaşmanı təqdim etmək, effektiv layihələr həyata keçirməkdir. Bu məqsəddən irəli gələrək bu günə kimi ölkə bazarında media yerləşdirmə və kreativ agentlik kimi öz sözünü deməyi bacarmış “Havas Media Azərbaycan” olaraq bundan sonra həm də rəqəmsal media kanalları üzrə bazarın aktiv oyunçularından olmağı hədəf almışıq. Artıq reklamverənlər də hədəf kütlə ilə effektiv kommunikasiya qurmaqda rəqəmsal marketinqin önəmini anlayırlar və biz də həmişəki kimi bu istiqamətdə də müştərilərimiz üçün əngəlsiz bir təcrübə yaşatmaqdayıq. “Havas Media Azərbaycan” agentliyi müştəriləri üçün araşdırma, data analizi, strateji planlama, innovativ media tətbiqləri, kreativ kontent yaratma, sosial media marketinqi, mobil marketinq də daxil olmaqla bütün media kanalları üzrə kompleks xidmət göstərməkdədir. Daha öncə də qeyd etdiyim kimi, bizim yerli bazarda önəmli üstünlüklərimizdən biri məşğul olduğumuz sahə üzrə beynəlxalq trendləri daha tez mənimsəmək imkanına malik olmağımız, xüsusən rəqəmsal marketinq üzrə qlobal şəbəkəyə daxil agentliklərlə mütəmadi olaraq təcrübə mübadiləsi aparmağımızdır. İnanırıq ki, tezliklə yeni layihələrimizlə ölkəmizdə rəqəmsal marketinq sahəsinin inkişafına və dünya trendləri ilə ayaqlaşmasına öz töhfəmizi verəcəyik.

 

Qeyd edək ki, “Havas” dünyanın ən iri qlobal kommunikasiya şəbəkələrindən biridir. Əsası 1835-ci ildə Parisdə qoyulan şəbəkənin hazırda dünyanın 100-dən çox ölkəsində 20.000 əməkdaşı var. “Havas Group” kreativlik, media və innovasiyalar vasitəsilə insanlarla brendlər arasında məna kəsb edən əlaqələr yaratmaq istiqamətində dünyanın ən yaxşı şirkəti olmağı hədəfləyən agentlikdir. “Havas” həm də sektorun ən çox inteqrasiya edən şəbəkəsidir: kreativ və media komandaları müştərilər üçün sinerjinin artırılması və onların istəklərinə daha yaxşı cavab vermək üçün “Havas Villages” adlı eyni məkanı birlikdə bölüşməklə “Together” strategiyası reallaşdırır.

“Havas Media Azərbaycan” Kreativ Biznes İdeyaları hesabına brendin istehlakçılarla uzunmüddətli, həqiqi bağlılıq və münasibətlər yaratması, biznesin böyük fayda gətirə bilməsi üçün fədakarlıq göstərən ixtisaslaşmış peşəkar heyətə malik, strateji və taktiki media planlaşdırma, media satınlama, yerləşdirmə və nəzarət, qeyri-standart və rəqəmsal media layihələrinin həyata keçirilməsi üzrə tam çeşiddə xidmətlər təqdim edən, eləcə də bazarın tədqiq edilməsi ilə məşğul olan kreativ və media agentliyidir.

 

Mənbə:facemark.az

Baxışların sayı: 67