Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Samsung`un rəhbərindən gözlənilməz addım16 Oktyabr, 2017

Samsung CEO'su Kwon Oh-hyun işçiləri üçün qələmə aldığı məktubda vəzifəsindən istefa edəcəyini açıqlayıb. Eyni zamanda Samsung şirkətinin sədr müavini vəzifəsini icra edən Oh-hyun, 2018-ci ilin mart ayına qədər şirkətin bütün ofislərindən ayrılacaq.

Məktubda Kwon Oh-hyun, uzun müddət bu barədə düşündüyünü və bu qərar verməyin asan olmadığını yazaraq , böyük bir böhranla qarşılaşdığlarını  və gənc liderin, dəyişən informasiya texnologiyalarının çətinliklərinə daha yaxşı çözümlər gətirə biləcəyinə inandığını bildirib.

1985-ci ildən bəri Samsung`da çalışan Oh-hyun'un istefa qərarının əsas səbəblərindən biri  bu il Cənubi Koreyada baş verən bir korrupsiya qalmaqalıdır.Korrupsiya qalmaqalında təqsirləndirilən Samsung İdarə heyəti sədr müavini  olmuş  Jay Y.Lee  isə beş il həbs cəzasına məhkum edilib.

 

Mənbə:mediacatonline.org

Baxışların sayı: 97