Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Bu lap ağ oldu artıq !!!26 Oktyabr, 2017

Siqaret reklamının qadağan olunduğu ölkədə dükan və bazarlarda açıq aşkar siqaret qutusuna şəkər qoyulub azyaşlılara satılır və bir çox hallarda valideynlər pul verib bu şəkərləri övladlarına alırlar. Budurmu onlara aşıladığımız tərbiyə ?

Möhtərəm oxucu, siqaretin nə dərəcədə təhlükəli olduğunu və əksər xəstəliklərin bir nömrəli  səbəbkara olduğunu hamımız bilirik. Və güman edirik ki, heç bir kəs övladının gələcəkdə bu pis vərdişə yiyələnməsini istəməz.Bəs bu bizdən nə dərəcədə aslıdır ?

Gələcəyimiz olan azyaşlı və yeniyetmələrə bu barədə yetərincə informasiya verə bilirikmi ? Yoxsa  gözləməliyik ki onlar siqaret aludəçisi olduqdan sonra bunun necə pis vərdiş olduğunu başa düşsünlər ?

Atasının evdə siqaret çəkdiyini görən uşaq da atasına oxşamağa çalışaraq siqaret qutusundakı şəkəri soraraq gələcəyin potensial siqaret aludəçisi ola bilməzmi ?

Güman ki, bu siqaret istehsalı ilə məşğul olan brendlərin xüsusi marağında olan və onların maddi dəstəyi ilə ortaya çıxan bir “reklam kampaniyası” dır. Amma dəqiq bilirik ki, bu indidən övladlarınızın körpə beyinlərinə kütləvi surətdə yazılan “Siqaret çək!” reklamıdır.

 

Baxışların sayı: 222