Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Lionel Messi, 14-17 min dollara mobil telefon istehsal edən şirkətin siması seçildi - Foto +Video12 Dekabr, 2017

Barselona FK və Argentina yığma komandasının əfsanəvi futbolçusu, beşqat “Qızıl Top”un sahibi Lionel Messi dünyada ilk kriptosmartfonu- FINNEY-in hazırlanması üzrə ixtisaslaşan Kenesa Rakişevə məxsus "Sirin Labs" şirkətinin siması seçilib.

“Sirin LABS” “Fınney” (cib telefonu və kompüterləri kiber müdafiə sistemi ilə təchiz edilib) elektron qurğuların xətti üzərində işləyir.

SIRIN LABS üçün bu markanın səfiri kimi dünya ulduzlarının cəlb edilməsinin birinci təcrübəsi deyil.

Daha əvvəl şirkət aktyor Tom Hardi və top-model İrina Şeyk ilə əməkdaşlıq edib.

Şirkət iddia edib ki, yeni sistem kripto-valyuta cüzdanları və təhlükəsiz əməliyyatlar kimi yüksək səviyyədə təhlükəsiz kriptoqrafik əsasa malikdir.

Qeyd edək ki, “SIRIN LABS” şirkəti süper təhlükəsiz android telefonlar istehsal edir. Mobil telefonların qiyməti adi android telefonları ilə müqayisədə dəfələrlər bahadır. Məsələn, şirkətin daha əvvəl istehsal etdiyi belə telefonların qiyməti nə az, nə çox düz 14-17 min dollar arasında dəyişib.

Mənbə:facemark.az

Baxışların sayı: 77