Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

Polşalı rəssamdan H&M və Zara markaları ilə bağlı ciddi ittiham28 Dekabr, 2017

Sahib olduğunuz geyimlərin necə istehsal edildiyi haqqında məlumatınız varmı ? Ya da ən önəmlisi o qiyafələri istehsal edən insanların hansı şərtlər altında yaşadığını?

Bu gün geyimlərini aldığınız bir çox böyük markanın məhsulları, yaşayış standardlarının aşağı olduğu az inkişaf etmiş Şərq ölkələrində istehsal edilir.

Facemark.az xəbər verir ki, bu barədə “Design Taxi” araşdırma edib.

Bu qiyafələrin istehsal edildiyi zavodlarda çalışan və hazırda çox çətin yaşayışlarını davam etdirən insanlar, doğru-düzgün iş şəraitinə də sahib deyillər. İşin ən pis tərəfi odur ki, bu cür geyim istehsal edən ölkələrdə uşaq əməyindən də istifadə edilir.

Polşalı sənətkar İqor Dobrowolski də hazırladığı rəsm əsərləri ilə bəzi məşhur geyim markalarının məhsullarının arxasında saxlanan son dərəcə faciəli hekayələr ilə diqqət çəkir. Bu markaları ciddi şəkildə tənqid edir.

“Design Taxi”nin yayımladığı araşdırmaya görə, Polşalı rəssam bu reklam fotoları ilə moda tarixindəki ən böyük dörd faciənin üçünün 2013-cü ildə bir Cənubi Asiya ölkəsi olan Banqladeşdə reallaşdığını xatırladır.

Bu faciələrin birində bir zavodun çökməsi nəticəsində 1,134 nəfər vəfat etmişdi.

Qəbul edilməyən iş şəraiti, son dərəcə aşağı maaş, uşaq əməyinin istismar olunması, İqor Dobrowolskinin Polşanın paytaxtı Varşavanın küçələrindəki reklam panellərində yer alan işlərinin diqqət çəkdiyi yalnız bəziləridir.

Bundan başqa, Polşalı sənətkar hazırladığı reklam panellərində daha öncə mağazalarının bir qismini bağlayacağını elan etmiş İsveçin H&M geyim markası və məhsullarını istehsal edən zavod işçilərinin maaşlarının almaması ilə gündəmə gələn İspaniyanın Zara markasının yer aldığı fotolar da diqqət çəkir.

Ən azından Dobrowolskinin iddiaları bu şəkildədir. Təbii ki, bu vəziyyət sadəcə bu iki marka ilə müqayisə edilə bilməz. Bir çox məşhur marka bu şəkildə insan əməyi istismar edərək onlardan pul qazanırlar. Təəssüf ki, istehlak cəmiyyəti olduğumuz müddətcə bu baş verənlər sanki dayanmayacaq.

Mənbə:facemark.az
Baxışların sayı: 73