“Böyük ideyalar-adətən sadə ideyalardır.” - D. Ogilvi
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

“Mən özüm “Maşın Şou”da iştirakçı olmaqdan çəkinərdim!”23 Yanvar, 2018

 

Azərbaycan Respublikasının Əməkdar artisti Murad Dadaşov: “Mən özüm “Maşın Şou”da iştirakçı olmaqdan çəkinərdim!”

 

 

 

 

1)    Murad müəllim söhbətimizi nədən başlasaqda sonda yenə “Maşın şou” layihəsinə dirənəcəyik. Elə isə gəlin məhz bu barədə danışaq. Bu layihə necə yarandı, uzunömürlüyünə səbəb nədir?

-    Ara-sıra xarici ölkələrdə yeni ticarət məkanları, mollar açılanda alıcıların ora cəlb edilməsi üçün bu cür viktorinalar keçirilirdi. Bu müsabiqənin televiziya formatı isə yox idi. Özü-özlüyündə bu proses çox böyük, mürəkkəb iş idi. 
Sizə bir misal göstərim – “Mafia” deyilən bir oyun var və hamı onun nə olduğunu bilir. Bu çox maraqlı bir oyundur. “Mafia” insandan eyni zamanda düzgün nitq qabiliyyəti, hisslərinə və əsəblərinə hakim olmaq, əsl emosialarını gizlədə bilmək kimi bir çox xususiyyətləri tələb edir. Lakin bu oyunu televiziya formatına salmaq alinmir heç cür. Belə olur ki, adi həyatda çox maraqlı olan bir situasiya televiziya ekranında öz marağını itirir və ya bunu etmək heç mümkün olmur. Buna görə də,“Maşın Şou”nun indiki formatının ideyası bizdə 3 ilə əmələ gəldi. Bu mənada “Maşın Şou” Azərbaycan televiziya məkanında yayımlanan ilk və hal-hazırda yeganə realiti şoudur. Veriliş olaraq bizim əvvəlcədən yazılmış ssenarimiz yoxdur. Sadəcə ümumi davranış qaydalarımız var və bu da format olaraq digər verilişlərdən bizi fərqləndirir. Əlbəttə kimsə deyə bilər k,i bizim ideya orijinal deyil və başqa ölkələrdə və məkanlarda bu cür müsabiqələr olub. ANS-in baş prodüseri işləyəndə gündəlik əhvalatlar formatında bir şou fikirləşdik “Yeriniz məlum”. Bu veriliş hansısa böyük bir istəkdən yaranmadı. Sadəcə saat 17:00-da boş efir vaxtı var idi və onu doldurmaq lazım idi. O zamanlar reytinqlərin hesablanması çox çətin və qeyri-dəqiq idi. İzləyici auditoriyasının sayını və kimliyini hesablamaq çətin idi. Belə bir qərara gəldik ki, bu vaxtda televiziyaya daha çox ev xanımları baxır. Buna görə onlar üçün əhvalatlar şousu yaratmağı qərara aldıq. Çox maraqlı tarixçəsi oldu bu verilişin. Bu verilişin uğuru bizə göstərdi ki, insan özü sıfırdan bir televiziya formatı yarada bilər. 
Elə həmin dövrdə “Maşın Şou”nun ilkin ideyası artıq beynimdə formalaşdı və mən onu kanal rəhbərliyinə təqdim etdim. Onlar mənim təklifimi təbəssümlə qarşıladılar. “İnsanlar gəlib əllərini maşının üzərinə qoyacaqlar” deyəndə, “Hə, nə olsun?!” sualını eşitdim. Doğrusu mən o zaman bu suala özüm də cavab verə bilmədiyim üçün bu məsələdə israrçı olmadım. 
Vaxt ötdü, zaman keçdi mən artıq “Lider kanalı”nda fəaliyyət göstərirdim və yeni bir layihə ilə-“Mərc  Şou”. Yənə də tv məkanımızda ilk olaraq 360 dərəcə çəkiliş, professional kino rəssamlar Rafiq Nəsirov və Rafiz İsmayılovla birgə dekorasiyalar hazırladıq. Bizə nədənsə elə gəlirdi ki, o zaman gözəl, geniş və orijinal görünüşə malik bir layihəyə ehiyac var və bu özünü doğrultdu. Müstəqil televiziyamızın tarixində ilk dəfə biz estrada-pop müsiqi qrupunu studiyada yerləşdirdik. Verilişdəki hər bir hadisə bu orkestrın canlı ifası ilə müşayət olunurdu. Bizə Vaqif Gərayzadəni məsləhət gördülər. Digər bəstəkarlar, müğənnilər imtina etdilər nədənsə. Bələliklə,  verilişdə o vaxtlar ilk addımlarını atan “Şeron” qrupu iştirak etməyə başladı. Bu təcrübələr “Maşın şou”nun yaranmasına təkan verdi. 
İlk “Maşın Şou”nun keçirildiyi 2005-ci ilin üç yay ayı boyunca biz komanda olaraq çox əziyyət çəkdik. Fikir ayrılıqlarına görə bütün dostlarımızla sözləşdik. Çox gərgin fikir mübadilələri gedirdi. Bütün bunların nəticəsidir ki, “Maşın şou” indiki vəziyyətə, yəni qəlibinə gəlib çıxa bildi.


2)    “Maşın şou”nu reklam layihəsi adlandırmaq olarmı? Olarsa, nəyin reklamıdır: avtomobilin, iştirak edən “məşhurların” və ya insanların daim gizlidə qalan və təklif olunan vəziyyətdə üzə çıxan hisslərinin, xarakter qəribəliklərinin?

-    “Maşın şou” bir sərgidir, hamı özünü nümayiş etdirir. Çox insan mənə zəng vurur ki, biz “Maşın şou”da iştirak etmək istəyirik.  Açığını desəm, mən özüm iştirakçı olmaqdan çəkinərdim. Bu həm fiziki, həm də psixoloji cəhətdən çox çətin məsələdi. Burada siz bir neçə həftə 24 saat ərzində dayanmadan mübarizə şəraitindəsiniz, fasilə yoxdur. Dəfələrlə olub ki, iştirakçı 1-2 gündən sonra etiraz etməyə başlayır. “Mən belə təsəvvür etmirdim, artıq dözə bilmirəm” deyib, oyundan imtina edir. 

3)    Murad müəllim, sizin rəhbəri olduğunuz şirkətin əsas fəaliyyət xətti nədən ibarətdir? Nə kimi layihələr gözlənilir, planlarınız nədən ibarətdir?

-    “MGP” (“M Group Production”) ölkədə ən faydalı prodüser mərkəzlərindən biridir. Əslində, prodüser  anlayışı bizdə yalnız son zamanlar düzgün anlam alıb. Hər sahənin öz prodüseri olur: TV ayrı, kino ayrı, teatr ayrı, şou biznes ayrı... Prodüser fəaliyyət göstərdiyi sahəni dəqiq bilən və hansısa bir layihə üçün maraqlı insanları birləşdirə bilən, düzgün istiqamət verən və ümumilikdə, bütün prosesə rəhbərlik edən şəxsdir. O ki, qaldı “MGP” (“M Group Production”) şirkətinin gələcəklə bağlı fəaliyyət istiqamətinə, biz hər il olduğu kimi, indi də, bundan sonra da  yerli televiziya kanallarımız üçün maraqlı və reytinqli veriliş və layihələr istehsal etməklə məşğuluq. Bizim işimizə dünyaca məşhur əcnəbi layihələrin təmsilçiliyi də daxildir. 

4)    Reklam bazarının indiki vəziyyətini nəcə qiymətləndirirsiniz?

-    Buna cavab vermək çətindir, çünki mən yalnız subyektiv fikrimi bildirə bilərəm. Halbuki, bunu ölçən rəsmi sistemlər, qurumlar var. Onu deyə bilərəm ki, reklam münasibətləri bizdə nisbətən zəifdir. Belə ki, bizdə virus reklamını, təbliğat çarxlarını,  ənənəvi reklam platformalarını bir-birinə qatırlar və səhv salırlar. Məsələn, səhiyyədə diagnoz düz olarsa, müalicə effekt verir. Burada da elədir. Reklam o vaxt effektiv olar ki, hədəf kütlə qabaqcadan dəqiqliklə hesablansın. Bütün bunlarla yanaşı, nəzərə alsaq ki, rəqamsal tv bizə dəqiq göstəriciləri almağa imkan verir və  internet reklamı digərlərini üstələyir, o halda, reklam münasibətləri də düzgün qurulmalı və dünya təcrübəsindən istifadə olumalıdır. 

Baxışların sayı: 138