Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

“H&M”dən növbəti qalmaqal: Şirkət üzərində “Allah” yazısı olan corablara görə üzr istədi - Foto29 Yanvar, 2018

Qalmaqallı reklam kampaniyaları daim gündəmdə olan geyim markası “H&M” uşaqlar üçün corablar bazara təqdim edib.

Müştərilərin şikayətindən sonra məlum olub ki, uşaq corablarının üzərində olan fiqurlar ərəbcədən “Allah” kəlməsini ifadə edir.

Brend isə bu anlaşılmazlığa görə, müştərilərindən üzr istəyib və bildirib: “Corabların üzərində bilərəkdən belə yazı yazılmayıb. Amma fiqurdakı yazılanlar ərəbcə “Allah” sözü ilə oxşayır. Buna görə üzr istəyirik”.

Qeyd edək ki, H&M markası ətrafında qalmaqal yanvarın əvvəlində başlanılıb. Şirkət onlayn platforması üçün hazırlamış olduğu reklam kampaniyasında zənci, azyaşlı modelin geyinmiş olduğu köynəyin üzərində “Coolest monkey in the jungle” sözləri yazılmışdı. Yəni, meşədəki ən havalı meymun. Bu isə haqlı olaraq insanlar və mətbuatın qəzəbinə səbəb olmuşdu. Şirkətin bir çox məşhur reklam siması amerikalı reper G-Eazy və kanadalı müğənni The Weeknd marka ilə olan əməkdaşlığına son qoymuşdu. Cənubi Afrika Respublikasında (CAR) isə şirkətin mağazaları aktivistlərin hücumuna məruz qalmışdı.

Şirkət bu qalmaqaldan sonra H&M yeni top-menecer təyinatını elan etmişdi. Yeni top-menecer şirkətin multikulturalizm və qeyri-diskriminasiya siyasəti üçün cavabdeh olacaqdı. Belə mütəxəssislərin vəzifəyə gətirilməsi isə əksər hallarda seksizm və irqçiliklə bağlı ittihamlar ilə bağlıdır. Həmin mütəxəssislərdən tələb olunan isə ittihamlara operativ və düşünülmüş cavab verməkdir. Amma görünür, yeni top-menecer insanları qəzəbləndirəcək bu nüansı da gözdən qaçırdıb.

Mənbə:facemark.az

 

Baxışların sayı: 90