Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

«Bakılı oğlanlar» məişət səviyyəsində azərbaycanlıların müsbət obrazının yaradılmasına bir təkan oldu.01 Fevral, 2018

 

Azərbaycan Respublikasının Əməkdar artisti Murad Dadaşov: “Mən ümumiyyətlə kimə görəsə, nəyə görəsə heç vaxt darıxmıram.”

 

 

 

1) Murad müəllim, keçmiş üçün darıxmırsız?  Keçmiş dedikdə «Bakılı oğlanlar» komandasında iştirak etdiyiniz vaxtı nəzərdə tuturam.

- Mən ümumiyyətlə kimə görəsə, nəyə görəsə heç vaxt darıxmıram.  Yaşadıqlarım mənim üçün sadəcə yaddaşımda qalan müsbət və ya mənfi emosiyalardan ibarətdir.  «Şən və Hazırcavablar» klubu (KVN) və «Bakılı oğlanlar»dan qalan emosiyalar da yalnız müsbətdir. Onları təsəbbəssümlə yada salmağı və yenidən yaşamağı sevirəm, amma darıxmıram.  Oldu və keçdi.

2) Azərbaycan müstəqilliyini yeni qazandığı illərdə bir təbliğat boşluğu vardı. Bəzi qüvvələr bundan istifadə edərək, ölkəmizi mənfi obrazda təqdim etməyə çalışdı və yanlış azərbaycanlı obrazı yaratmaq istədi. «Bakılı oğlanlar» komandası MDB məkanında Azərbaycanın müsbət təbliğatı üçün bir vasitə oldumu?

- Bəli, o dövrdə Azərbaycan bir informasiya blokadasında idi.  Bizim dövlət televiziya məkanına çıxışımız çox çətin idi.  Həttə Sovetlət İttifaqı dövründə belə mərkəzi Moskva televiziyasında bizim təsirimiz, əlaqələrimiz çox az idi. Sadəcə bir-iki həmyerlimiz var idi ki, orada çalışırdı.  İstənilən verlişin, filmin sonunda titrlara baxanda bir neçə erməni soyadına rast gəlirdin.  Onlar bu sahədə çox geniş təmsil olunmuşdular.

«Bakılı oğlanlar» bir təbliğat maşını deyildi. Lakin məişət səviyyəsində azərbaycanlıların müsbət obrazının yaradılmasına bir təkan oldu.  Azərbaycanlıların yalnız bazarda meyvə satan və ya taksi sürücüsü deyil, həm də intelektual səviyyədə zarafat edə bilən istedadlı adamlar olduğunu da göstərdi.  Bu işdə Anar Məmmədxanovun əməyi çox böyük idi.  Hər şeyi özü təşkil edirdi.  Təyyarə biletlərindən tutmuş, otellərdə yerləşdirilmə, qidalanma, hamısı ilə özü məşğul idi.  Bizim aramızda imkanlı olan yox idi, hamımız sadə ailələrin uşaqları idik və “KVN”ə bir gəlir mənbəyi kimi baxmırdıq.  Maliyyə cəhətdən biz “KVN”dən heç nə əldə etmədik.  “KVN” bizə böyük həyat məktəbi oldu, komanda yoldaşlarımızla biz müharibədən keçmiş döyüş yoldaşları kimi idik. Onun sayəsində bizi hami tanımağa başladı. Hətta ən yüksək səviyyədə Prezidentin qəbulunda olduqda belə, çox gənc olduğumuzdan problemlərimiz, çətinliklərimizlə bağlı sualları anlamırdıq. Əsrin çempionu olmadan əvvəl, bizi ulu öndər Heydər Əliyev qəbul etdi.  Qəbul zamanı bizdən orada hansı komandalara qarşı mübarizə aparacağımızı öyrəndi.  Biləndə ki, onların arasında erməni komandası da var, işimizin çox çətin olacağını dedi.  Keçmiş Kremli yaxşı tanıyan adam kimi bilirdi ki, ermənilər bu təbliğat işində necə irəliləyiblər Moskvada.  Biz çempion olanda yerli erməni diasporası şok içində idi.  Bunun necə baş verdiyini anlaya bilmirdilər.

 

  1. İndiki dövrdə belə bir layihəyə ehtiyac varmı?

- O dövrdə ehtiyac var idi, ona görə belə bir komanda yarandı. İndiki dövrdə ehtiyac yoxdur. Ümumiyyətlə, bir şeyə ehtiyac və ya təlabat varsa o yaranacaq.  İndiki dövrdə daha çox beynəlxalq layihələrə ehtiyac var.

 

3) Rusiya televiziyasında “Kim, Harada, Necə” adında bir layihə var.  Orada bir sıra azərbaycanlı iştirakçı var.  Onların fəaliyyətini necə dəyərləndirirsiniz?

- Sizə deyim ki, Rusiyada azərbaycanlı dedikdə məhz bu proqramın iştirakçıların - Rövşən Əskərov və Balaş Qasımovun adını çəkirlər.  Mərkəzi televiziyada onları göstərirlər və onların uğurları intelektual səviyyədə Azərbaycan üçün gözəl tanıtım və təbliğatdır. Balaş Qasımovun fəaliyyətini çox bəyənirəm. Bir necə beynəlxalq intelektual verlişlərin yerli adaptasiyasını gözəl şəkildə efirdə nümayiş etdirirlər.  Bu çox böyük işdir.

 

4) 2018-ci il cumhuriyyətimizin 100 illiyidir və bu ən yüksək səviyyədə elan olunub. Sizin “M Group Production” olaraq bununla bağlı bir planınız, fəaliyyətiniz olacaqmı?

- O dövrün insanları hər sahədə - siyasət, elm, təhsil, maliyyə və s., sözün əsl mənasında cəmiyyətin elitasını təşkil edirdilər.  Onlar hamısı əsl vətənpərvər insanlar idi. Vətənpərvərlik sadəcə yerlə, torpaqla bağlı olan məhfum deyil. Bu, xalqla, cəmiyyətlə bağlı umumi  maraqların əks olunmasıdır.

O insanların ruhu camaatı 80-ci illərin axırında azadlıq meydanına çıxartdı. Hamı bir oldu və müstəqillik ideyası ətrafında cəmləndi.  Hətta mənim kimi digər məktəb şagirdlərinin də dəftərlərinin arxasında bayraq şəkillərini çəkməyi, himni əzbərləməyi yadımdadı.  O əsl vətənpərvərlik idi. 

Ümüd edirəm ki, ADR-in 100 illiyinin belə yüksək səviyyədə dilə gətirilməsi o dövrə düzgün qiymət verilməsinə və araşdırılmasına təkan olacaq. O insanların adları ildə bir dəfə Müstəqillik günündə deyil, daha çox yada salınacaq.  Siz Cumhurriyətin 100 illiyini xatırladınız, mən də öz növbəmdə başqa bir tarixi hadisəyə toxunacam.  Bu il həm də 31 mart soyqırımının 100 illiyidir. Təsəvvür edin eyni ildə həm soyqırım olub, həm də cumhuriyyət qurulub.  Əlbəttə ki, bu dövr daha dəqiq və geniş öyrənilməlidir.  Biz də öz növbəmizdə gələcək layihələrimizdə buna yer ayırmağı düşünürük. 

Baxışların sayı: 105