Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Məqalələr

“Azərsun Holding” “Makromart”ı aldı03 Fevral, 2018

“Azərsun Holding” Şirkətlər qrupu “Makromart” marketlər şəbəkəsini alıb.

Bu xəbəri, holdinqin İctimaiyyətlə Əlaqələr və Sosial xidmətlər departamentinin sədri Afiq Səfərov da təsdiqləyib.

“Bu məlumat doğrudur. Hazırda da satınalma üzrə danışıqlar davam edir”,- o deyib.

Əldə olunan  məlumata görə, “Makromart”a aid mağazalarının hamısı “Bazarstore” brendi ilə fəaliyyət göstərəcəkdir. Qeyd edək ki, “Makromart” şəbəkəsi 17 mağazadan ibarətdir.

Makromart” supermarketlər şəbəkəsi Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Ölkənin qabaqcıl qida sənayəsinə sahib olan “Azərsun Holding” MMC-yə aid “Bazarstore” isə 2011-ci ildən fəaliyyətdədir.

Qeyd edək ki, ötən aylarda “Araz” marketlər şəbəkəsinə sahib olan “Veysəloğlu” şirkəti də “Favorit” marketlər şəbəkəsini satın almışdı.

Mənbə:facemark.az

Baxışların sayı: 59