Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

Gənc rəssamlar "Oreo" üçün bir araya gəldi06 Mart, 2015

Amerika peçenye brendi olan "Oreo" və "The Martin Agency" təşkilatının yaradıcıları gənc rəssəmları "Oreo ilə oyun" müsabiqəsində iştirak etməyə dəvət etmişdi. Bununla əlaqədar olaraq bütün dünyadan olan 10 gənc rəssam parlaq və əlvan posterlər hazırlayıb.

 

Oreo ilə oyun layihəsi Yanvar ayında The Martin Agency təşkilatı tərəfindən hazırlanan cizgi filminin təqdimatı ilə başladılmışdı. Cizgi filminin əsasında olan reklam çarxını ABŞ, Çin, Fransa, Argentina olmaqla 40 ölkə izləyib.

 

Layihəni bütün dünyadan olan 10 ən istedadlı rəssam davam etdirdi. Onlara dunk, dream, roll, twist kimi sözlərlə sözləri ilə söz oyunu oynamaq tapşırıldı. Rəssamlara yanlnız bir tapşırıq verilmişdi.. Onların əks etdirdiyi obrazlar və ya personajların siması Oreo peçenyesi şəklində olmalı idi. Düşünürük ki, gənc rəssamlar verilən tapşırığın öhdəsindən layiqincə gəliblər. Rəssamların əl işlərinə öz münasibətinizi bildirmək üçün facebook.com/advertising.az

səhifəmizdə öz fikirlərinizi bizimlə paylaşın.

 

Mənbə: facemark.az

 

 

 

 

 

 

 

 

 

Baxışların sayı: 405