Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

Sosial reklam müsabiqəsi - "Müasir Azərbaycan-Gənclərin gözü ilə"13 Aprel, 2015

Hörmətli oxucular !

Advertising.az saytı 28 May Respublika gününə həsr olunmuş, “Müasir Azərbaycan-Gənclərin gözü ilə”  adlı sosial reklam müsabiqəsinə start verir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər may ayının 20-dək öz əl işlərini admin@advertising.az elektron ünvanına göndərə bilərlər.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

1. Müsabiqə iştirakçılarının yaş həddi 18-27 yaş arasında olmalıdır.

2. Təqdim olunan işlər siyasi xarakter daşımamalıdır.

3. Bir iştirakçıdan maksimum 3 iş qəbul edilə bilər.

4. Səsvermə açıq şəkildə saytımızın “Facebook”  səhifəsində aparılacaq. Ən çox bəyənilən iş birinci yerə layiq görüləcək. Bundan başqa 2 nəfər 2-ci yerə, 3 nəfər 3-cü yerə layiq görüləcək.

5. Müsabiqəyə əl ilə çəkilmiş, grafik proqramlarla işlənmiş, foto kamera, video kamera və ya telefonla çəkilmiş mövzuya uyğun olan şəkillər, reklam sloqanları və videolar  təqdim  edilə bilər.

6. Şəkillər  (JPEG və TİFF) formatında  maksimum 10 Megabayt (MB)-a qədər, videolar isə  (AVİ, MP4) formatında maksimum 3 dəqiqəlik və 30 Megabayt(MB) -dan çox olmamalıdır.

7. Müsabiqədə qalib gələnləri pul mükafatı gözləyir.

Baxışların sayı: 755