Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

Gənc peşəkar və həvəskar yaradıcı şəxslər üçün müsabiqə 11 Yanvar, 2016

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üç müxtəlif kateqoriya üzrə yaradıcılıq müsabiqəsi elan edir.

Müsabiqədə bütün gənc peşəkar və həvəskar yaradıcı şəxslər iştirak edə bilərlər.

1.Fotoqrafiya 
2.Yazı müsabiqəsi ( şeir, hekayə, məqalə, inşa və s.)
3.İncəsənət müsabiqəsi ( rəssamlıq, toxuculuq, skeçinq və s.)

Bütün kateqoriyalarda təqdim olunan yaradıcılıq nümunələrinin mövzuları Bakı Limanı, onun tarixi,inkişafı, infrastrukturu, fəaliyyəti və s. ilə əlaqəli olmalıdır. Qalib gələn nümunələr keyfiyyətinə, məzmununa və müsabiqə şərtlərinə uyğunluğuna görə müəyyən ediləcək. Seçim müvafiq kateqoriyalarda peşəkar münsiflər heyəti tərəfindən aparılacaq.

1-ci yer : 500 AZN
2-ci yer: 400 AZN
3-cü yer: 300 AZN

Son tarixlər:
1-ci kateqoriya: 25 fevral , 2016-cı il
2-ci kateqoriya: 10 mart, 2016-cı il
3-cü kateqoriya: 30 aprel,2016-cı il

Üçüncü kateqoriyada iştirak edən iştirakçılar yaradıcılıq nümunələrini Bakı Limanına aşağıdakı ünvanda təqdim edə bilərlər:

Üzeyir Hacıbəyov küç.72

Digər iştirakçılar yaradıcılıq məhsullarını elektron poçt vasitəsilə aşağıdakı ünvana göndərməlidirlər:

office@portofbaku.com

Qeyd edək ki, bütün təqdim olunmuş materialların orijinallığı yoxlanılacaq. Plagiat olan materiallar və iştirakçılar müsabiqədən uzaqlaşdırılacaqlar.

Əlavə məlumat üçün:

+994 12 480 40 06

Mənbə:edu-map.org

Baxışların sayı: 281