Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

Bakı Zooparkı yeni loqo axtarışında20 Avqust, 2016

Bakı Zooloji Parkı üçün yeni loqonun hazırlanması ilə bağlı müsabiqə keçirilir.

Zooloji Parkdan bildirilib ki, dizaynerlərdən öz təkliflərini noyabrın 1-dək bakuzoologo@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur (əlaqə nömrəsi 050 490 24 89). Qaliblər hədiyyə və pul mükafatı ilə təltif olunacaqlar. Həmçinin yeni loqonun müəllifinin adının əks olunduğu lövhə Zooloji Parkda yerləşdiriləcək.

Bakı Zooloji Parkı 2018-ci ildə 90 illik yubileyinə hazırlaşır. Yubiley ərəfəsində Zooloji Parkda əsaslı yenidənqurma və bərpa işlərinin aparılması planlaşdırılır. Təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, buranın ziyarətçilər üçün daha rahat məkana çevrilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur. Eyni zamanda, Zooloji Parkın fəaliyyətinin səmərəliliyinin artırılması və ictimaiyyətlə əlaqənin təkmilləşdirilməsi məqsədilə yeni internet resursları, o cümlədən yeni internet səhifəsi və sosial şəbəkələrdə səhifələr yaradılacaq.

Mənbə: fins.az

Baxışların sayı: 240