Sizin mədəniyyətiniz sizin markanızdır - Tony Hsieh
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

“TULLANTILARA QARŞI NIŞANLAR” QRAFIK RƏSM YARIŞMASI.02 Sentyabr, 2016

“Tullantılara Qarşı Nişanlar” layihəsi Azərbaycan Prezidenti Yanında Gənclər Fondunun 8-ci Qrant Müsabiqəsinin qalibidir. Layihə başlıca ideyası “Tullantılara Qarşı Nişanlar” mövzusu üzrə qrafik rəsm yarışmasının təşkil edilməsidir. Belə ki, gənclər tərəfindən göndərilən kompyüter vasitəsilə yerinə yetirilmiş qrafik rəsmlərin arasından 20 ən yaxşı iş seçiləcək və sərgi təşkil olunacaq, qaliblər səsvermə yolu ilə müəyyən ediləcək. Seçilmiş 20 nişanı layihənin bloquna yerləşdirilərək cəmiyyətin istifadəsinə veriləcək. 
Layihənin məqsədi - Yarışma nəticəsində əldə edəcəyimiz 20 ədəd tullantılara qarşı nişanlar vasitəsi ilə cəmiyyətdə zibilatma mədəniyyəti formalaşdırmaq və insanların fikrini bu problemə yönəldirərək, təmiz mühit uğruna mübarizəyə çağırmaqdır.

“Tullantılara Qarşı Nişanlar” adlı qrafik rəsm yarışmasında iştirak etmək istəyirsən? Səndə Ətraf Mühitin çirklənməsinə biganə qala bilmirsən? Tullantılara qarşı nişanlarla bağlı ideyaların var? Odur ki, bizə qoşul və maraqlı yarışmanın bir hissəsi ol! 
Bunun üçün aşağıda qeyd olunan qeydiyyat formasını doldur A4 ölçüsündə və JPEG formatda hazırladığın nişanı bizə göndər və “Tullantılara Qarşı Nişanlar” qrafik rəsm yarışmasının iştirakçısı ol! 
Qeyd: Qrafik Rəsmlərlə bağlı ilham almaq istəyirsənsə səhifənin Foto bölməsinə nəzər yetir.
Əlaqə: 
Jalə Ələkbərova 
+994557160628
Email: 
tullantilaraqarshinishanlar@gmail.com

Mənbə:allevents.in

Baxışların sayı: 157