Siz yeni qaydalar deyil yeni fikirlər icad etmək istəyirsiniz - Dan Heath
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Müsabiqələr

Milli Turizm Təbliğat Bürosunun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edilir03 Mart, 2017

Azərbaycanda turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il tarixində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin təsdiq edilməsi ilə ölkəmizin turizm sənayesi üçün yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Strateji Yol Xəritəsinə uyğun olaraq Bakı şəhərinin dünyanın aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi məqsədilə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Büro Bakı şəhərinin beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, eləcə də turistlərin məmnunluğunun artırılması missiyasını həyata keçirəcək. Yeni fəaliyyətə başlayan Milli Turizm Təbliğat Bürosu Büronun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edir.

Müsabiqənin şərtləri:

Təqdim olunacaq vizual tərtibatda ölkəmizin zəngin mədəniyyəti, tarixi, qonaqpərvərliyi və turizm imkanları əks olunmalıdır.

Loqonun dizaynı özündə Büronun fəaliyyəti, strategiya və missiyasına dair elementləri ehtiva etməlidir.

Loqo orijinal, rəngli və konseptual görünüşlü olmalıdır.

Müsabiqəyə yalnız indiyədək istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Müsabiqəyə materiallar iki dildə - Azərbaycan və ingilis dillərində təqdim edilməlidir.

Hər bir iştirakçı bir neçə layihə təqdim edə bilər. Layihəni təqdim edən şəxs özü haqqında şəxsi məlumatları (adını, soyadını, əlaqə nömrəsini və s.) qeyd etməlidir.

Müsabiqədə istənilən şəxs və ya şirkət iştirak edə bilər.

Təqdim olunmuş işlərin qəbulu 02 mart 2017-ci il tarixdə başlayır, 14 mart 2017-ci il tarixdə başa çatır. Müsabiqənin yekunları martın 15-də elan olunacaq.

Qalib tanınmış ictimai xadimlərin, rəssamların və dizaynerlərin daxil olduğu münsiflər heyəti tərəfindən müəyyən olunacaq. Müsabiqənin qalibinə 3 min manat məbləğində pul mükafatı təqdim ediləcək.

Təklif olunacaq eskiz və layihələr iş günləri saat 10:00-dan 16:00-dək Milli Turizm Təbliğat Bürosuna şəxsən, yaxud elektron formada təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 69

Əlaqə telefonları: (994 77) 332 32 23 – Fərhad Aşurbəyli

Elektron ünvan: ntpb@mct.gov.az

 

Mənbə:mct.gov.az

Baxışların sayı: 149