Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Tədbirlər/Sərgilər

Təhlükəsizlik kəmərini bağla və təsəvvür etməyə başla !06 Oktyabr, 2016

Red Bull Soapbox Race – dünyanın ən əyləncəli və yaradıcı yarışmasıdır. 

Bu ilin ən əyləncəli yarışını qaçırma! 

Yarışda 60 komanda öz əldəqayırma dörd təkərli arabaları ilə iştirak edir. Həmən arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətirilirlər. Yarışmanın münsiflər heyəti, iştirakçıları iki meyara əsasən qiymətləndirirlər: yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər. Üçüncü meyar isə, arabanın finişə qədər bütün maneələrin öhdəsindən gələrək çatdığı vaxtdır. Üç ən çox bal toplayan komanda qalib gələrək, qiymətli hədiyyələrin sahibi olur. 2000-ci ildən Brüsseldə ilk yarışmadan sonra bu günə qədər 100-dən çox ölkədə Red Bull Soapbox Race yarışmaları keçirilib və hər ölkədə on minlərlə azarkeş toplayıb.

Azərbaycanda bu yarış ilk dəfə keçirilir. Ölkənin bütün çılğınları araba düzəldib sizin – azarkeşlərin ürəklərini fəth etməyə çalışacaqlar. Yaradıcılıq, əyləncə, şən ab-hava, kreativlik, dəliqanlıq, çılğınlıq və ən əsası sürət, bütün bunlar bir arada!

Komandalar artıq seçilib və yarışa hazırlaşırlar, lakin sən azarkeş kimi gəlib onlara dəstək olub, əyləncə ilə dolu bir gün yaşaya bilərsən.

Harda və nə vaxt: 9 oktyabr / 12:00 / Həsənoğlu küç. (Heydər Əliyev Mərkəzinin yanı).

Giriş: sərbəstdir (pulsuzdur).

Səni və sənin dostlarını, yaxınlarını, tanışlarını, qonşularını, qohum-əqrabanı və bütün tanıdığın insanları gözləyirik :)

 

Mənbə:redbullsoapboxrace.com

Baxışların sayı: 166