Onlara keyfiyyəti ver.Bu reklamın ən gözəl tərəfidir-Milton Hershey
1 USD = 1.7001 AZN
1 EUR = 2.0087 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Tədbirlər/Sərgilər

18-ci Kiyev Beynəlxalq Reklam Festivalının vaxtı məlum oldu.10 Aprel, 2017

Kiyev Beynəlxalq Reklam Festivalı özünün 18 illiyini qeyd edir. Festival bu il də yeni işlərin qəbuluna start verib.

KBRF 25-26 May tarixlərində Kiyevdə «Экспоцентр Украины» milli kompleksində keçiriləcək.


Festivalın təşkilatçısı Ukrayna Reklam assosiasiyası bu il festival panellərinə ənənəvi panellərlə paralel qeyri-ənənəvi panel də əlavə edib. Bildiyiniz kimi, hər il 150 nominasiyada 12 kriteriya üzrə işlərin müəllifləri mükafatlandırılırdı və "Best Marketing Practices" seminarı keçirilirdi.

 

2017-ci ilin May ayında Ukrayna reklam assosiasiyasının da yubileyi qeyd ediləcək. Yubileyi qeyd etmək üçün festival ən uyğun gündür.

 

Müsabiqə işləri KBRF-də 8 nəfər professional mütəxəssisdən ibarət münsiflər tərəfindən qiymətləndiriləcək. Nəticədə hər bir iş münsiflərin hər bir nümayəndəsindən müəyyən bal alacaq. Finala qalan işlər arasında yenidən qiymətləndirmə olacaq. Bal sistemi müsabiqə iştirakçılarına təhlildə kömək edəcək. Onlar rəqibləri ilə fərqlərini və festivaldakı şanslarını biləcəklər.

 

Bundan əlavə olaraq, KBRF agentliklərlə müştəriləri birləşdirən platforma kimi çıxış edəcək. Festivalda müxtəlif şirkətlərin marketinq direktorlarından ibarət münsiflər də fəaliyyət göstərir.

 

18. KBRF-də qaliblərin elan edilməsi mərasimində həm də kreativ, dijital, brendinq agentlikləri arasında ən kreativ agentliklər elan ediləcək. (Alınsa, həm də media agentlik)

 

Festival Ukraynanın kreativlik və ustalıq sezonu 2016/2017-ə k=2 koeffisienti kimi daxil olub.

 

İşlərin verilməsi üçün deadline - 21 Aprel 2017

 

Konkursa iştirak və detallı məlumat üçün sayta daxil ola bilərsiniz: www.kiaf.com.ua



Suallarınızı mail vasitəsilə də göndərə bilərsiniz - festival@vrk.org.ua – Катерина Грабовская +38 (044) 490 90 30

 

Mənbə:facemark.az

 

Baxışların sayı: 61