Fəaliyyətində yaradıcılıq və eksperimentlərdən hec vaxt çəkinmə - Mike Volpe
1 USD = 1.7000 AZN
1 EUR = 2.0012 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Tədbirlər/Sərgilər

Brand Week Istanbul 2017 başlayır21 Sentyabr, 2017

Brand Week Istanbul 2017


Brand Week Istanbul bu il "Legends" başlığı ilə əfsanələri bir araya gətirir. Bəs marketinq sahəsinin bütün tərəflərini iştirakçılarına təqdim edən Brand Week Istanbul 2017-də sizi nələr gözləyir?

Əsas missiyası "yaradıcıları və brendləri mükafatlandırmaq, yaradıcı sahələrin inkişafı üçün ilham mənbəyi olmaq və iş dünyası üçün yeni fürsətlər yaratmaq" olan Brand Week Istanbul bu səfər iştirakçılarını Legends mövzu başlığının müşayiəti ilə salamlayır. Məqsədi İstanbulu yaradıcı sahələr üçün bir cazibə halına gətirmək olan Brand Week Istanbul’un bu il yeni ünvanı ‘Zorlu PSM’dir.

"Hər brend öz əfsanəsini yaratmalıdır" sloqanı ilə Brand Week Istanbul’un 4 günü də əfsanələrə ayrılır. Legends of Marketing (Marketinq Əfsanəsi), Legends of Creativity (Yaradıcılıq Əfsanəsi), Legends of Entertainment (Əyləncə Əfsanəsi ) və Legends of Sports (İdman Əfsanəsi) olaraq zəngin məzmunlarla dolu bu 4 gündə öz sahəsində əfsanə olan adlar bir araya gələcək.

 

Brand Week Istanbul’da yeni bir nəfəs

 

‘Brand Week Istanbul’ bu il yeni məkanda, Zorlu PSM’də istirakçılarını qarşılayacaq. Əsas Salon, Dram Səhnesi, Studio, Meydan Fuaye, Sky Lounge ve VIP Lounge olmaqla Zorlu PSM bütün salonlarıyla ‘Brand Week Istanbul’a ev sahibliyi edir.

Eyni zamanda Brand Week Istanbul 2017 çərçivəsində yaradılacaq təcrübə sahələri də iştirakçıları gözləyir. Ana fuayede Türkiyənin brendlərinin stendləri mövqeləndiriləcək və imza günləri gerçəkləştiriləcək. Eyvan fuayelər gənclik markalarına ayrılarkən, markaların texnologiya, innovasiya, mobil və rəqəmsal mövzular haqqında iştirakçılara təqdim edəcəkləri təcrübə fürsətləri meydan fuayede yer alacaq.

Adı çəkilən mövzularla yanaşı Süni intelekt, CX, İstehlakçı davranışı iqtisadiyyatı, UX ve Proqramatik Reklam mövzuları haqqında seminarlar da öz sahəsinin peşəkarları tərəfindən veriləcək. Meydan fuaye; e-spor, influencer, YouTuber ve mobil iş həlləri mövzularının müzakirəsi üçün nəzərdə tutulub. Sky Lounge isə iştirakçıları fəaliyyətləri üçün xüsusiəyləncə tədbirlərində, təqdimatlarda və sərgilərdə qəbul edir. Mətbuat konfransı və VIP networking üçün isə VIP Lounge, xüsusi iştirakçılarını gözləyir.

Əvvəlki illərdə “Brand Academy” çərçivəsində tələbələr üçün təşkil edilən proqramların yerinə bu il tələbələr tələbə bileti ilə əsas salondakı danışıqları eyvan fuayelerindən dinləyə biləcəklər.

 

Bu dopdolu proqramda sizi nələr gözləyir?

 

 

Brand Week Istanbul hər il olduğu kimi bu il də Marka İkonları Yürüyüşü ilə start götürür. Tədbirin ən həyəcanlı və ən “gurultulu” anlarına səhnə olan keçid mərasimində markaların logoları və ikonlaşmış elementləri Brand Week Istanbul’un dinamizmini əks etdirəcək.

 

7 noyabr çərşənbə axşamı günü Marketing Day çərçivəsində, Iron Maiden qrupunun solisti Bruce Dickinson'dan qida futuristi Dr. Morgaine Gaye'ə; YouTuber Caspar Lee-dən brend və marketinq məsləhətçisi Said Baaghil’ə qədər bir-birindən təsirli təlimçilər iştirakçılarla görüşəcək.

Apple'ın əfsanəvi Yaradıcı Direktoru Ken Segall, Facebook Marketinq üzrə vitse-prezident Sarah Personette, dünyanın ən gənc CEO’su adını daşıyan iCoolKid-in təsisçisi Jenk Oz, 20Somenthing’in həmtəsisçisi və yaradıcı direktoru Benoit Vancauwenberghe kimi öz sahələrində önəmli işlərə imza atmış bir çox isimlər 8 noyabrda, Yaradıcılıq Günündə Brand Week İstanbulda olacaq.

Brand Week İstanbul’un Əyləncə mövzulu üçüncü günündə Sagmeister&Walsh şirkətinin həmtəsisçisi dizayner Stefan Sagmeister, The Big İssue qurucusu və baş redaktoru Baron John Bird kimi bir çox əfsanəvi şəxslər çıxış edəcək.

FIBA Media və Marketinq Xidmətləri baş direktoru Frank T. Leenders, Google Ticketing, İdman və Canlı fəaliyyətlər rəhbəri Mike Lorenc, Sportsnet Group’un sədri Əhməd Gülüm və digərləri 10 noyabr cümə günü İdman Günü münasibətilə iştirakçılarla görüşəcəklər.

 

Mükafatlar

 

Brand Week İstanbul çərçivəsində keçirilən mükafat mərasimləri də iştirakçıların həyəcanla gözlədiyi ən əhəmiyyətli anlar arasındadır.

Tədbirin ilk iki günü 7 və 8 noyabr tarixlərində maraqla gözlənilən marketinq kommunikasiyasının uğurlu işlərinin mükafatlandırıldığı Felis mükafatlandırma mərasimi gerçəkləşəcək. Brand Week İstanbul 8 noyabrda ikinci günündə, Zorlu PSM Yaradıcılıq Günü çərçivəsində iki böyük mükafat mərasimi təşkil edir. Eyni gün 10-cu Lovemarks mükafat mərasimində Türkiyənin çox sevdiyi markalar mükafatlandırılacaq.

Entertainment Day’in ən vacib tədbirlərindən biri də MediaCat tərəfindən gerçəkləştirilən və iş dünyasındakı müvəffəqiyyətli qadınların qiymətləndirildiyi Women to Watch Mükafat Mərasimidir. İş dünyasında müvəffəqiyyətləriylə seçilən qadınların 2013-cü ildən bəri önə çıxardıldığı Women to Watch mükafatlandırma mərasimi 9 noyabrda Brand Week Istanbul səhnəsində baş tutacaq.

Türkiyənin iş və brendlər dünyasının en yaradıcı şəxsləri, fikirləri və işləriylə görüşdürən ilin ən ilham verici həftəsini qaçırmamaq üçün Siz də Brand Week Istanbul’da yerinizi tutun. Qeydiyyatdan keçmək üçün bizə müraciət edə bilərsiniz.

 

Xatırladaq ki, Facemark.az Brandweek Istanbul-un Azərbaycanda yeganə rəsmi partnyorudur. Qeydiyyatdan keçmək üçün - bura daxil olun.

 

 

Mənbə:facemark.az

Baxışların sayı: 43