Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

Tədbirlər/Sərgilər

"AdPrint" 2018 - Azərbaycanın ilk Beynəlxalq Reklam Sərgisi06 Fevral, 2018

Bu il sentyabr ayının 20-22 tarixlərində “Bulvar Hotel Bakı”- da  Caspian Event Organisers şirkətinin təşkilatçılığı ilə “Gift and Promo Fair 2018” - 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi keçiriləcəkdir.

Sərgi “AdPrint” – 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap Məhsulları Sərgisi ilə bir pavilyonda təşkil olunacaq. Təşkil olunacaq bu sərgilər respublikamızda hədiyyə və promo, həmçinin reklam və çap sənayesi sahəsində ilk beynəlxalq sərgidir.

“AdPrint” sərgisinin unikal xüsusiyyətləri:

  • Sərginin beynəlxalq miqyası - Azərbaycan Beynəlxalq Reklam və Çap Məhsulları Sərgisi regionda reklam xidmətlərinin bütün sahələrini əhatə edərək yerli və beynəlxalq şirkətləri bir araya gətirən yeganə mühüm  tədbirdir.
  • Sərginin aktuallığı - Bu sahənin sürətlə inkişafı, öz reklam xidmətlərini təklif edən çoxlu sayda yeni şirkətlərin yaranması, sahəyə olan rəqabət və tələbat, respublikamızda bu mövzuda sərginin təşkil olunmasına zəmin yaratdı.
  • Ticarət səmərəsi - AdPrint sərgisi çərçivəsində yeni tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə effektiv iş biznesinizin inkişafı üçün ən əlverişli vasitə olacaqdır.
  • Ziyarətçilərin sayı və keyfiyyəti - 15 ildən artıq mütəxəssis ziyarətçi bazasına malik olmağımız Sizin hədəf ziyarətçilərlə görüşməyinizə kömək edəcək.
  • Yüksək səviyyədə təşkilatçılıq - Azərbaycanda keçirilən bir sıra beynəlxalq sərgi və konqreslərin təşkilatçısı, o cümlədən bu kimi tədbirlərin peşəkar operatoru olan “Caspian Event Organisers” (CEO) şirkəti uzun illərin iş təcrübəsinə, peşəkar kollektivə və bir çox  dövlət strukturları, beynəlxalq qurumlar və korporasiyalarla uzunmüddətli sıx əməkdaşlığa görə etibarlı tərəfdaş kimi tanınır.
  • Peşəkar ortam - AdPrint sərgisi reklam və çap məhsulları üzrə yeni texnoloji avadanlıqların istehsalı və satışı ilə məşğul olan, ən orijinal ideyalar təklif edən reklam şirkətlərinin öz məhsul və xidmətlərini təqdim etməsi üçün ideal platformadır.
  • Münasib keçirilmə yeri – Sərgi Bakının mərkəzi olan, dənizkənarı Bulvarda yerləşən “Bulvar Otel Bakı”-da keçiriləcəkdir.   

 

SƏRGİNİN ƏSAS BÖLMƏLƏRİ:

  • Vizual reklam texnologiyaları
    (Led və led ekranlar, multimedia və lazer texnologiyaları, çöl və daxili reklamlar və sair)
  • Mətbəə və poliqrafiya xidmətləri, hər növ çap avadanlıqlar və ləvazimatlar 
    (Rəqəmsal çap, tekstil üzərində çap, genişformatlı çap, 3D çap və sair)
  • Reklam xidmətləri və tanıtımı
    (Mobil reklam, onlayn-video reklam, veb-dizayn, brendləşdirmə və sair)
  • Reklam qablaşdırılması və etiketləri 
    (Rəngli etiketlərin çapı, dizayn və loqotip qablaşdırılma, qablaşdırılma ləvazimatları və sair)
  • İrimiqyaslı tədbirlərin açar tərtibatı 
    (Şəhər və küçə tipli açıq məkanlarda irimiqyaslı tədbirlərin təchizatı, işıqlandırma, çadırlar və tentlər, modul tipli köşklər, tribunalar və sair)

 

Sərgiyə ziyarətçi qismində cəlb olunacaq şirkətlər və qurumlar arasında:

  • Müxtəlif sahələri əhatə edən dövlət qurumlarının, iri şirkətlərin, bankların, ticarət mərkəzlərinin:
    - marketinq və ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbər və nümayəndələri
    - satınalma şöbəsinin rəhbərləri
    - ofis menecerləri
  • Reklam, marketinq xidmətləri göstərən agentliklər
  • Reklam xidmətlərinin sifarişçiləri:
    - müxtəlif məhsulların istehsalçıları, distribüterləri, dillerləri və təchizatçıları
    - pərakəndə və topdansatış ticarəti ilə məşğul olan iş adamları
    - sənaye və xidmət sektorunun müəssisələri
  • Tədbir təşkilatçıları
  • İnteryer dizayn və dekor şirkətləri

 

“AdPrint” sərgisində iştirak etməyin əsas üstünlükləri:

  • Ən qısa müddət ərzində xidmət və məhsulların üstün və fərqli cəhətlərinin nümayiş olunması;
  • Xidmət və məhsulların birbaşa satışı;
  • Rəqib şirkətlərlə canlı rəqabət apararaq imiclərinin möhkəmlənməsi;
  • Dövlət strukturlarının rəhbərləri və sahə üzrə mütəxəssislər ilə görüş imkanı;
  • Hədəf auditoriyadan yararlanaraq məlumat bazaları üçün yeni kontaktların toplanılması;
  • İşgüzar ortamda mövcud tərəfdaşlarla əlaqələrin möhkəmlənməsi, yeni sifarişçilərlə iş birliyinin qurulması;
  • Bu sahədə uzun illər fəaliyyət göstərən yerli şirkətlərin beynəlxalq bazara çıxmaq imkanı, yeni fəaliyyətə başlamış şirkətlərin isə peşəkar ortamda tanıtımı və bazarda möhkəmlənməsi;
  • Əlavə reklam və sponsorluq xidmətlərindən faydalanmaq;
  • Sərgi çərçivəsində B2B formatında təşkil olunacaq işgüzar görüşdə iri şirkətlərin məsul nümayəndələri ilə özəl olaraq görüş fürsəti.

 

Mənbə:adprint.az

Baxışların sayı: 79