Elə yaz ki oxumağa dəysin ya da elə et ki yazmağa dəysin -Benjamin Franklin
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

Kreativ Ramazan təbriki13 İyul, 2016

MaxCreative şirkəti Ramazan Bayramında fərqli yanaşma ilə rəqəmsal marketing metodundan istifadə edərək facebook tətbiqetməsi vasitəsilə insanları təbrik etdi.

Əsas mesaj “Ramazanda neçə kilo verdin?” oldu və öncədən də hesablandığı kimi insanlarda çaşqınlıq yaratdı. Plan, qısa zaman içində istifadəçiləri tətbiqetməyə sövq etmək idi və bu da uğurlu alındı. Tətbiqetmə mesajı bəzi insanların qəzəbinə bəzilərin isə maraqınasəbəb oldu. Amma tətbiqetməyə daxil olandan sonra nəticə gözlənildiyi kimi yox daha fərqli formada ortaya çıxdı. “Biz əslində Ramazan ayında arıqlamaq üçün oruc tutulmadığını bilirik. Bu form sadəcə sizi təbrik etmək üçün bəhanə idi. Sizi Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirik!” formasında ismarıcla qarşılaşdıqdan sonra qəzəbli olan insanlar rahatladı 

Tətbiqetməyə olan reaksiyadan da belə qənaətə gəldik ki, istifadəçilər ümumiyyətlə facebookda hər hansı bir məzmuna oxumadan reaksiyalar verirlər və facebook tərəfindən verilən statistika bir daha özünü doğruladı.

Mənbə: facemark.az

Baxışların sayı: 286