Real zaman zehniyyətdir. Sosial media isə onun aləti - David Meerman Scott
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

Xəyanət yoxsa reklam ?17 Noyabr, 2016

Video paylaşım saytı “Youtube” istifadəçisi YAOG təxəllüslü bir adam, arvadının onu aldatdığını pilotsuz hava aparatı sayəsində aşkara çıxardığını iddia edib. Görüntülərdə qadının evdən çıxandan sonra bir dayanacağa getdiyi və yanına gələn qara bir avtomobilə mindiyi görünür.

 YAOG, “Youtube”da olan izləyicilərinə  ilk şübhələnməsində  arvadını 2 dəfə təqib etməyə çalışdığını ancaq bir şey görmədiyini, ancaq pilotsuz hava aparatının çəkdiyi yeni görüntülərlə 18 illik evliliyinin "zibil qutusu”-na  getdiyini söyləyib.

 Reklam edir ?

 İlk təqibində arvadını təkcə işə gedərkən gördüyünü deyən adam, daha sonra pilotsuz uçan aparat ilə sübut toplamaq qərarına gəlib. Ancaq, reklam üçün daha əvvəllər çoxlu sayda video hazırlayan  adama qarşı ciddi bir şübhə də var. Sosial xəbərləşmə saytı Reddit-dəki istifadəçilərin əksəriyyəti, YAOG-un bu videonu, pilotsuz hava aparatı satan bir firmanın reklamını etmək üçün çəkdiyini düşünür. 

Baxışların sayı: 175