Reklam sehrbazlıq deyil.Orda bir elm var - Dan Zarrella
1 USD = 1.7001 AZN
1 EUR = 2.0914 AZN
REKLAM NÖVLƏRİART & DESIGN MULTİMEDİATRENDLƏRTEXNO-XƏBƏRƏLAQƏ
Netty

İnternet reklamı

Facebook-da tətbiqetmələr arasında ən böyük reklamverən Instagram oldu29 Noyabr, 2016

Facebook-da ən böyük reklamverən proqram Instagramdır. Bu məlumatları mobil reklam kampaniyalarının monitorinqi ilə məşğul olan Sensor Tower təqdim edib. AdAge yazır ki, əvvəllər Instagram Top 10-a daxil idi, lakin 2016-ci ilin üçüncü rübündə birdən birə birinci yerə yüksəlib. SensorTower reytinqində sosial şəbəkə Wish və Mercari kimi proqramları qabaqlayıb.

 

AdAge qeyd edir ki, facebook Twitterin reklamını almağa imkan vermir. Twitterin auditoriyası çox yavaş yavaş artır və hal-hazırda ayda 317 milyon təşkil edir. Facebook bu məlumatı təsdiqləmir, lakin qeyd edir ki, şirkətin səbəbi izah etmədən reklamdan imtina etmək hüququ vardır.

 

Instagram 2012-ci ildən Facebooka məxsusdur və şirkət servisə görə 1 milyard dollar ödəyib.

 

 

Mənbə:facemark.az

Baxışların sayı: 152